Bakı şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069
AZ RU EN

Endoskopik əməliyyatlar

Artroskopiya – oynaqların zədələnməsinin diaqnostikasını və mualicəsini aparan minimal invaziv cərrahiyyə üsuludur.

 Artroskopiya zamanı  oynağa mikrokəsiklər vasitəsilə  artroskop-endoskop yeridilir. Artroskopiya vasitəsilə oynaqların dəqiq diaqnostikasiyla yanaşı  həm də bir çox ortopedik xəstəliklərin o cümlədən oynaq sicanı, qığırdağın zədələnmiş səthi, ön carpaz  bağ və s. müalicəsi aparıla bilər.

Artroskopiyanın ənənəvi artrotomiyadan əsas   üstünlüyü  oynağın tam açılmamasındadir. Bu da öz özlüyündə  əməliyyatdan sonrakı  bərpa dövrünü xeyli qısaldır. Xəstə əməliyyatdan sonrakı gün aktiv həyata qayıda bilər. İnfeksiya riski ən az səviyyəyə endirilir. Əməliyyatlar lokal, periferik və ümumi anesteziya altında aparılır.Artroskopiyadan sonra həm də dəri üzərində kobud çapıqların qalması sıfıra bərabərdir. Artroskopiya əməliyyatı zamanı oynaq daxilində gorüntü yaratmaq  ücün oynaq daxilinə maye vurulur. Bəzən bu mayeyə  gorə əməliyyatdan sonra qansızma və  ödem qala bilər. Artroskopiya zamanı istifadə olunan cərrahi alətlər ənənəvi alətlərdən daha kicik olur. Artroskopiya əməliyyatının  istənilən oynaq üzərində  aparılması mümkündür. Lakin artroskopiya ücün ən aktual oynaqlar: diz, bazu, dirsək, mil-bilək, bud-canaq, aşıq baldır və pəncə oynaqlarıdır.

Fotoqalereya

Uğurlu keçirilən əməliyyatlar

ƏLAQƏ

Baki şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069

E-poçt: hospital@mia.gov.az