Bakı şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069
AZ RU EN

Laparaskopik

Laparoskopik xolesistektomiya – öd daşı xəstəliyi zamanı öd kisəsinin laparoskopik üsulla 5-10 mm ölçüdə dəliklərdən çıxarılması əməliyyatıdır. Öd kisəsinin iltihabı zamanı dərman müalicəsinə göstəriş cərrahi müalicənin aparılmasının mümkünsüz olduğu hallardır.

 Öd daşı xəstəliyi öd kisəsində daşların yaranması, bu problemə əsas diqqətin cəlb olunması inkişaf etmiş ölkələrdə sıx rast gəlinən bir xəstəlik olmasıdır və bu xəstələrin böyük əksəriyyətinə cərrahi müalicə göstərişdir və “qızıl standart” əməliyyatı laparoskopik xolesistektomiya hesab o lunur. ABŞ-da 20 million amerikanlı öd daşı xəstəliyindən əziyyət çəkir və bu ölkənin cərrahları hər il 500000 laparoskopik xolesistektomiya icra edir.

Qarın boşluğuna dəqiqədə 3.5 litr surətlə karbon qazı insufflasiya edilərək işlək sahə yaradılır, əsasən göbək halqasından laparoskop (kamera) yeridilir, bundan sonra digər 2 alət 5 mm ölçüdə dəliklərdən qarın boşluğuna daxil edilir. Kameranın monitora verdiyi görüntünün nəzarəti altında kisə axarı və damarları titan klipslərlə bağlanaraq öd kisəsi qarın boşluğundan xaric edilir.

Öd daşı xəstəliyi əməliyyat olunmadığı halda müxtəlif ağırlaşmalar meydana gələ bilər: kiçik daşların ümumi öd axarına düşüb mexaniki sarılıq yaratması, mədəaltı vəzin kəskin iltihabı - kəskin pankreatit, öd kisəsinin kəskin iltihabı. Bu ağırlaşmalar bəzən həyati riskli ola bilir.

 

 

 

Hernioplastika dünyada ən çox icra olunan əməliyyatlardan hesab olunur.
ABŞ-da hər il 600000-ə qədər bu tip əməliyyatlar icra olunur.

Müxtəlif ədəbiyyatlara görə qasıq yırtıqları ilə əlaqəodar əməliyyatlardan sonra 10 - 20 % hallarda yırtığın yenidən yaranması müşahidə edilir.

 Cərrahiyyə əməliyyatından sonraki dövrdə xəstələr 5 – 8 gün müddətində stasionar müalicədə olur, adi həyat tərzinə 6 – 8 həftədən sonra qayıdırlar. 80-ci illərin sonundan endocərrahiyyə metodikalarının və innovassion texnologiyaların bu tip əməliyyatlarda tətbiqindən sonra qarının ön divarının yırtıqları zamanı müxtəlif sintetik torlarla aparılan laparoskopik əməliyyatlardan sonra yırtığın yenidən əmələ gəlmə ehtimalı 3 %-ə qədər endirilmişdir, əmək qabiliyyətinnin tam bərpası və aktiv həyata qayıdış isə 2-3 həftəyə qədər olmuşdur.

Dünyanın bir çox klinikalarında bu tip əməliyyatlar artıq ambulator şəkildə aparılır.

Fotoqalereya

Uğurlu keçirilən əməliyyatlar

ƏLAQƏ

Baki şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069

E-poçt: hospital@mia.gov.az