Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalı

XİDMƏTLƏR

KLİNİKİ DİAQNOSTİK LABORATORİYANIN MADDİ TEXNİKİ BAZASI

Kliniki diaqnostik laboratoriya Amerikanın dünyada məşhur olan Becman şirketinin ən müasir tibb avadanlıqları ilə təchiz olunmuşdur. 

 

 Hemotoloji analizlərin təyini üçün olan LH500 cihazı 3 dəqiqə ərzində qanın 27 parametrini lazer üsülu ilə mükəmməl şəkildə təyin edir.        

Qan yaxmasının mikroskopiyası  

Sidiyin ümumi analizi: Uriscan sidik analizatoru

Nəcisin ümumi analizi

Müxtəlif xarakterli yaxmalardan, ümumilikdə  50 növ üzrə geniş yayılmış yolxucu amillərin (xlamidioz, mikoplazma, ureoplazma, trixomonoz, sifilis, herpes, hepatitlər və s.) mikroskopik tədqiqatı

Sidik, likvoz, bəlğəm, prostat şirəsi, duodenal möhtəviyyat və spermanın tam şəkildə mikroskopik analizi.

Dərinin, dırnağın və tüklərin patogen mikroblara qarşı müayinəsi

 

 

Biokimyəvi cihaz- Becman COULTER UNİCEL DC600 1 saat ərzində 1000 müxtəlif analizi son dərəcə dəqiqliklə təyin edir.

  • Biokimyəvi testlər – BECKMAN COULTER UNİCEL 600
  • Ümumi zülal
  • Albumin
  • Zülal sidikdə
  • Ümumi bilirubin
  • Bilirubin fraksiyaları (ümumi, birləşmiş, sərbəst)
  • Aspartataminotransferaza (AST)
  • Alaninamintransferaza (ALT)
  • Qammaqlutamintransferaza (QQT)
  • Laktatdehidroqenaza (LD)
  • Timol sınağı
  • Qələvi fosfotaza
  • Qlükoza ekspress test (kapilyar qanda)
  • Qlükoza venoz qanda
  • HbA1C Glikohemoqlabin
  • Qlükoza tolerant testi (şəkər yükləməsi)
  • Kreatinin klirensi (Reberq-Tareyev sınağı)
  • Qanda sidik cövhəri, sidik turşusu, kreatinin və qalıq azot
  • Lipoproteinlərin xolesterini (HDLD), (LDLD)
  • Triqliseridlər
  • Kreatininfosfokunaza (CK)
  • Kreatininfosfokunazanın miokardial fraksiyası (CK-MB)
  • Amilaza
  • Diastaza sidikdə
  • Na, K, Cl, Ca, Mg, Cu, P, Fe qanda
  • C reaktiv zülal (CRP)
  • Antistreptolizin – O (ASO)
  • Revmatoid faktoru (RF) 

Becman COULTER şirkətinin ACCESS 2 cihazı ilə infeksiyaları və hormonları muasir üsullarla təyin edirik.

FSH – Follikulstimullaşdırıcı hormon

  • LH – lyuteinləşdirici hormon
  • E2- Estradiol
  • Sərbəst estriol
  • Ümumi testosteron
  • Sərbəst testosteron
  • Progesteron
  • Prolaktin
  • Kortizol
  • Somatotrop hormon
  • Adrenalin (İFA)
  • Noradrenalin (İFA)
  • I PTH-intakt parathormon
  • TSH – Triostimullaşdırıcı hormon
  • Total T3 – Triyodtironin
  • Free T3 – sərbəst Triyodtironin
  • Total T4 – Tiroksin
  • Free T4 – Sərbəst Tiroksin
  • Total İgE – Ümumi İgE

Kardioloji testlər 

  • Troponin I 
  • Mioqlobin 
  • Kreatininfosfokinazanın miokardial fraksiyası CK – MB

Onkomarkerlər. 

  • yumurtalığın,süd vəzisinin, mədə-bağırsaq sisteminin onkomarkerləri;
  • PSA – prostatın spesifik antigeni; 
  • SCC – yastı hüseyrəli karsinoma; 
  • AFP – alfa fetoprotein onkomarkeri

Sidikdə narkotik maddələrin təyini 

  • Opiatlar 
  • Kokain metobolitləri
  • Amfetamin və onun törəmələri

İnfeksiyalar 

  • Toxoplazma  – (İFA) 
  • Herpes  – (İFA)
  • Sitomeqalovirus  – (İFA) 
  • Xlamidiya  – (İFA) 
  • Trixomonada – yaxmada
  • micoplazma – yaxmada
  • ureoplazma – yaxmada
  • Qardinella – yaxmada
  • Siflis – kart test
  • Rubella  – (İFA)
  • Brusella  – (İFA)
  • HBs AgİFA 
  • HBs Ag test üsulu ilə; 
  • HCV test üsulu ilə; 
  • HCV İFA; 
  • H-Pilori-kart test; 
  • H-Pilori İgM; 

 

 ACL 200 cihazı ilə koaquloqramma və qanın laxtalanma faktorlarını təyin edirik. 

 

  • Laxtalanma vaxtı (Suxorev üsulu)
  • Protrombin indeksi və protrombin vaxtı
  • Fibrinogen
  • Aktivləşmiş parsial tromboplastin vaxtı (APTT)
  • Beynəlxalq normalizə nisbəti (İNR)

 

 

Kliniki diaqnostik laboratoriya “Polimeraz zəncirvari reaksiya”larının aparılması üçün İsveçrənın Rotor-Gene tam avtomat cihazla təmin olunub.

 

Polimeraz zəncirvari reaksiya (PZR) - Rotor – Gene 6000 corbett

Spesifik DNT molekuluna görə törədicinin təyini

 

  • Hepatit A, D, B, C, ( keyfiyyət ) ; 
  • Hepatit C, B ( genotip ) ; 
  • Hepatit B, C ( kəmiyyət ) ;
  • Xlamidiya
  • Mukoplasma hom, Mukoplasma genit, Ureaplazma, Mykoplasma pneum 
  • Trichomonas vag., Cardnerella vag. 
  • N. Gonorrhaeae
  • CMV 
  • Herpess I + II 
  • Helikobakter pilori, Mycobakterium tub;
  • Shigella spesies; Shigella salmonella 
  • E coli  
  • Adenovirus, Rotovirus ;
  • Streptoccocus aeu ;
  • Brucella sp ; 
  • Treponema pal ;
  • Rubella ;
  • Parvovirus B 19, Enterovirus ;
  • Clostridium dif ;
  • Neisseria men , Neisseria spş ;
  • Hemofilis sp;
  • Listeria mon ;
  • HPV skrining, HPV genotip, HPV 6
  • RW.
  • İgG; 
  • Malyariya kart test; 
  • Tuberkulosis kart test 


      Hospitalın kliniki diaqnostik laboratoriyasında HemoCue WBC (qanda leykositlərin ekspress üsulu ilə sayilması), HemoCue Hb (qanda hemoqlobinin ekspress üsulu ilə təyin olunması), CEDY-40 eritrositlərin çökmə sürətinin təyin edilməsi, Glukose (qanda şəkərin təyin edilməsi) və HemoCue ALB (sidikde albuminin təyin edilməsi) aparatları vardır.

 Kliniki diaqnostik laboratoriyanın texniki imkanlarının artırılması istiqamətində görülmüş tədbirlər nəticəsində burada 26 parametr üzrə qanın ümumi analizi, tam şəkildə qanın biokimyəvi, hormonal və infeksiyon xarakterli laborator təhgiqatları, ümumilikdə 50 növ üzrə müxtəlif xarakterli yaxmalarda geniş yayılmış yolxucu amillərin ( xlamidioz, mikoplazma, ureaplazma, trixomonoz, sifilis, heкpes, hepatitlər və s.) təhqiqatı, sidik, likvor, bəlgəm, prostat şirəsi və duodenal möhtəviyyatın tam analizləri yerinə yetirilməkdədir.

Kliniki diaqnostik laboratoriyanın fəaliyyətinin nəticəsində xüsusi yolxucu xəstəliklər istisna olmaqla burada geniş miqyasda laborator analizlər yerinə yetirilir.
         
 

Ultrasəs, Funksional diaqnostika və Endoskopiya şöbəsi

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin A.Heydərov adına Respublika Hospitalının Ultrasəs, funksional diaqnostika və endoskopiya şöbəsi dünya standartlarına uyğun ən son texnologiyaları ilə təchiz olunaraq, hər tərəfli diaqnostika ilə xidmət göstərməkdədir.

ULTRASƏS MÜAYİNƏ (USM) (Philips HD II XE, SONOACE 9900)
 
Ultrasəs müayinə - qara ciyər, öd kisəsi, mədəaltı vəz, böyrəklər, prostat, qalxanvari və süd vəziləri, ginekolojı  və s. orqanların  müxtəlif xəstəliklərinin erkən diaqnostikasında rəngli spektral ultrasəs doppler müayinəsinin rolu əvəzedilməzdir. 
Exodopplerkardioqrafiya – ürəyin struktur və funksiyaların dəyərləndirən ultrasəs müayinə metodudur. Müayinə zamanı anadangəlmə ürək qüsurları, ürək çatmamazlığı, miokard infarktı, iri damarların qan axının xarakteristikası,  ürəkdaxili törəmələrin, trombların təyini aparılır. 
Rəngli Doppleroqrafiya damarlarda qan axınının sürət və istiqamətini təyin edən ultrasəs müayinə metodudur. Müayinə orqanların qan-damar sistemində anadangəlmə qüsürların, dölün qan dövranının yoxlanılmasına, ətraf arteriya və venalarda daralma, anevrizma, trombların dəqiqliyi ilə  təyin olunmasına imkan yaradır.
Ultrasəs müayinəyə xüsusi hazirlıq  tələb olunmur,  əks-göstəriş və fəsadlar qeyd olunmur.
ELEKTROKARDİOQRAFİYA (EKQ) ( Philips Page Whiter Trim III, Shiller AT–101, MAC-2000)

Elektrokardioqrafiya (EKQ) – ürək  fəaliyyəti zamanı yaranan elektrik potensiallarının qeydiyyatına  əsaslanan diaqnostik metodikadır. EKQ  ürək – damar sistemi xəstəliklərinin diaqnostikasında ilkin, ziyansız, tez, ucuz və informativ müayinə üsuludur. 
Elektrokardioqrammaya göstərişlər: istənilən ürək xəstəlikləri (aritmiyalar, ürək çatmamazlığı, ürək qüsurları,miokard infarktı və s.), hiperxolesterinemiya (qanda xolesterinin yüksəlməsi), cərrahi müdaxilədən əvvəl, hamiləlik , 40 yaşdan sonra ildə 1 dəfə.

TREDMİL-TEST (STRESS TEST)   (Cardioline XR 500)

Tredmil test (fiziki yük sınağı) – Bu sınaq zamanı ürəyin fiziki gərginlikdə fəaliyyəti dəyərləndirilir. 
Müayinə zamanı xəstələr aparat üzərində yeriməyə başlayır və hər 3 dəqiqədən bir (seçilmiş proqramdan asılı olaraq) sürətin artırılması ilə nəbzin, qan təzyiqinin  və EKQ-nin fasiləsiz qeydi aparılır. 
Tredmil test ürək damar sistemi xəstəliklərinin diaqnozu, müalicənin effektivliyinin təyin edilməsi, fiziki gərginliyin aritmiyaların və arterial təzyiqin meydana gəlməsinə nə dərəcədə təsir göstərdiyini təyin edən bir müayinə üsuludur. 
Tredmil test istirahətdə EKQ-də təsbit edilməyən, lakin fiziki gərginlik əsasında meydana çıxan patolojı dəyişiklikləri təyin etmək üçün dəyərli bir müayinədir. 

HOLTER MONİTORU    (Holter Telesmart-H/SH 11735)

o Holter monitoru – 24 saat qan təzyiqinin və EKQ-in qeydi.
o 24 saatlıq EKQ-in qeydi – Müayinə ev şəritində aparılır. Kiçik bir aparatın köməyi ilə  ürək fəaliyyətinin 24 saat ərzində fasiləsiz elektrokardioqramması qeyd olunur. Holter moritorinqi vasitəsi ilə ağrısız (gizli) işemiyaları, ürək damarlarının yuxu zamanı qəfləti spazmı, paroksizmal taxikardiyaları, ürək vurğularının zəifləməsi-bradikardiya və ya dayanması – AV blokadaları, tranzitor – adi EKQ zamanı qeyd olunmayan keçiricilik və ritm pozğunluqları təyin olunur.
o 24 saatlıq qan təzyiqinin qeydi – Müayinə zamanı xəstələrin 24 saat ərzində (yuxuda, yüklənmə və  istirahət zamanı) təzyiq və nəbzin müəyyən aralıqla ölçülərək qeydə alınır. Bu müayinə metodunun hipertoniya xəsləliyinin erkən aşkarlaması və effektiv müalicə  seçimində rolu böyükdür. 

ELEKTROENSEFALOQRAFİYA (EEQ)   (Neurofax EEG – 9100)

Elektroensefaloqrafiya (EEQ) – baş beyinin elektrik aktivliyini qeydə almaq və qiymətləndirmək üçün ən təhlükəsiz  müayinə metodudur. Elektroensefaloqrafiya epilepsiya xəstəliyinin əsas diaqnostikası üsuludur  və bu xəstəliyin müalicəsi zamanı dinamikasını müşahidə etmək üçün rolu əvəzsizdir. 
EEQ  ürəkgetmə, isteriya tutması, uşaqlarda nitq pozulmaları səbəblərinin differensasiyası, beyində damar patologiyası, bir sıra psixi pozğunluqlarda və s. patalogiyaların aşkar olunması üçün vacib müayinə metodudur. 

ENDOSKOPİYA (Gastroskop Pentax LH – 150 PC, Gastrointestinal videoscop Olympus GİF type Q150, Colonovideoscop Olympus CF type Q150L/İ)            

Endoskopiya – xüsusi optik alətlər – endoskoplar vasitəsilə boşluqlu orqanların müayinə üsuludur. Endoskopiya  həzm və digər (urolojı, tənəffüs) sistemlərin müxtəlif xəstəliklərində diaqnostik və müalicəvi məqsədlə geniş istifadə olunur. 
Diqnostik endoskopiya metodlarına aşağıkıları aid etmək olar: fibroqastroduodenoskopiya, kolonoskopiya, biopsiya, PH-metriya, xromoendoskopiya. 
Endoskopiya cərrahi müdaxiləsiz,  qısa müddətdə mədə-bağırsaq sistemində olan qızartıları, eroziyaları, yaraları, xoraları erkən mərhələlərdə aşkara çıxara bilir. Erkən endoskopiya – mədə-bağırsaq traktının yuxarı və aşağı hissələrində qanaxma mənbəyinin üzə çıxardılmasının ən həssas və spesifik üsuludur.

Şüa diaqnostikasi xidməti. 

Maqnit Rezonans Tomoqrafiyası

MR-bu üsul sabit maqnit sahəsində toxumada yerləşən hidrogen nüvələrinin yüksək tezlikli impulslara verdiyi cavab reaksiyasının ölçülməsinə əsaslanmışdır. MR-insan bədəninin bütün daxili orqanlarını müayinə etməyə imkan verir.

 Maqnit Rezonans Tomoqrafiyası zamanı xəstə elektromaqnetik sahəsi olan bir silindrin içərisinə uzadılır. Bədəndəki hidrogen atomlarına enerji verilməsinə yol açan radiodalğalar göndərilir, alınan təsvir kompüter ekranında canlanır və onu rentgen plyonkasına, ya da fotokağızına köçürmək mümkündür. MR müayinəsi 20-40 dəqiqə arasında tamamlanır. MR sinir sistemi, sümük iliyi, əzələ-oynaq sistemi və yumşaq toxumaların dəyərləndirilməsində istifadə olunur. Bu üsulun üstün cəhəti ondan ibarətdir ki, xəstə şüalanmaya məruz qalmır. Alınan təsvir daha aydın və diaqnostik cəhətdən əlverişli sayılır.

MR vasitəsilə baş beyin, hipofiz, göz almaları, boyun orqanları, fəqərə sütunu, onurğa beyni, döş qəfəsi orqanları, qarın boşluğu orqanları, çanaq orqanları, sümük-oynaq sistemi və yumşaq toxumalarda meydana gəlmiş dəyişiklikləri aşkar etmək olar.

Kompüter Tomoqrafiyası

Kompüter tomoqrafiyası (KT)-orqanizmin toxumalarının rentgen şüalarını müxtəlif dərəcədə udmasına əsaslanan müayinə üsuludur. Kompüter tomoqrafiyası zamanı şüa mənbəyi xəstənin uzandığı stolun ətrafında fırlanır, istiqamətlənmiş nazik şüa dəsti obyektdən keçir və bir neçə rentgen detektoru vasitəsilə tutulur. Tomoqrafiya prosesində şüalar insan orqanizmini bir neçə istiqamətdə “dəlib keçir“ və detektorlarda toplanır. Həmin detektorlar alınan məlumatı kompüterə ötürür, kompüter isə öz növbəsində, şüaların toxumalar tərəfindən udulma dərəcəsindən asılı olaraq laylar üzrə təsvirlər yaradır və onları monitora çıxarır. Beləliklə şüaların udulması prosesində ən kiçik dəyişikliklər belə qeydə alınaraq monitorda əks olunur, bu da kiçik patoloji prosesləri aşkar etməyə imkan verir.

Kompüter tomoqrafiyası masadan və onun daxil olduğu dairəvi pəncərədən (gantry) ibarətdir. Pəncərənin halqasının səthində bir tərəfdən şüa mənbəyi (rentgen borusu), əks tərəfdə isə həssas detektorlar yerləşir. Pasiyent masanın üstündə uzanır və masa aramla fırlanan pəncərənin içinə daxil olur. Pəncərə bir dəfə dövr etdikdə kompüterin monitorunda müayinə olunan orqanın millimetrlərlə ölçülən kəsiyi görünür. Beləliklə, həmin orqanın laylı təsviri alınır. Layların qalınlığı 0.3 mm-ə qədər olur və kəsiklərin alınmasına 7-12 saniyə vaxt sərf olunur.

Bəzi hallarda: damar strukturlarının, şişlərin və onların metastazlarının müayinəsi zamanı təsvirləri daha dəqiq almaq üçün, həmçinin orqan (qaraciyər, böyrək və s.) funksiyalarının qiymətləndirilməsi zamanı kontrast maddələrdən istifadə oluna bilər.
Bu yüksək texnologiyalı avadanlığın köməyi ilə mərkəzi sinir sistemi, döş qəfəsi orqanları, ürək-damar sistemi, mədə-bağırsaq traktı, sidik-cinsiyyət sistemi, ginekoloji xəstəliklərin, damarların, onurğa sütunu, çanaq sümükərinin və bütövlükdə dayaq-hərəkət aparatının degenerativ-destruktiv dəyişikliklərinin vaxtında və dəqiq diaqnostikası həyata keçirilir. KT orqanizmin toxuma və sahə mühitlərinin sıxlığının müəyyənləşdirilməsi imkanı, hansı ki, tədqiq olunan substratı, məsələn duru və qatılaşmış qanı, maye ilə dolmuş kistanı və şişi, toxumaların şişinin sərhədlərini və b. incə şəkildə diferensiasiya etməyə şərait yaradır. KT orqanizmin orqan və müxtəlif toxumalarında patoloji prosesin lokallaşma və yayılma dərəcəsini müəyyənləşdirməyə, müxtəlif patofizioloji proseslərin dinamikasını izləməyə, operativ müdaxilənin yanaşma və həcmini seçməyə, şişlərin biopsiyasını həyata keçirməyə, müalicənin nəticələrini qiymətləndirməyə imkan verir.

 2009-cu ilin əvvəlində «Philips» şirkətinin istehsalı olan dünyada ən müasir kompüter tomoqraf (64 kəsikli MDKT-multidetektorlu və ya multispirallı Kompüter Tomoqrafiya) DİN-nin Respublika Hospitalında quraşdırılmışdır. Bu cihazın üstünlüyü ondadır ki, o ürəyin tədqiqinin aparılmasına imkan verir. Əvvəllər ürəyin tac damarlarının vəziyyətinin vizuallaşdırılması üçün klassik angioqrafiya-bud arteriyası vasitəsilə kateterin yeridilməsi üsulu (invaziv üsul) tətbiq edilirdi. İnformativ olmasına baxmayaraq, bu metod pasient üçün müəyyən risk və ağırlaşmalar (hematoma-qançırlar, fibrilyasiyalar və s.) daşıyır. Klassik angioqrafiyanın aparılması zamanı kardioəməliyyatxana hazır vəziyyətdə saxlanılmalıdır ki, zərurət yarandıqda təcili cərrahi müdaxilə həyata keçirmək mümkün olsun. Sonra, bu tədqiqatın aparılması üçün pasiyenti stasionara köçürmək, tədqiqata hazırlamaq və tədqiqatdan sonra bir neçə gün də stasionarda saxlamaq məcburiyyəti yaranırdı. İndi isə bu proses cəmi 30 dəq. çəkir və ambulator şəraitdə aparılır. Yeni tomoqraf ürəyin və tac damarlarının tədqiqi üçün nəzərdə tutulmuş «Heart View paket» proqramı ilə təchiz edilib. Bu, necə baş verir: ürəyin tomoqrafla sinxronlaşdırılan ritm tezliklərini müəyyənləşdirmək məqsədilə pasiyentin bədəninə xüsusi elektrodlar bərkidilir.

Bu minvalla ürəyin yığılmasından yaranan artefaktlardan qaçmaq üçün optimal skanerləmə rejimi seçilir. Dirsək venasına xüsusi avtomatik injektor vasitəsilə kontrast maddəsi vurulmasına başlanılır və proqram, pasiyentin fərdi hemodinamikasını müəyyənləşdirərək, skanerləmənin lazımi protokolunu düzənləyir. Bundan sonra nəfəsin 10-12 saniyə saxlanılması komandası verilir və tomoqrafın multispiral sistemi ürəyi skanerləməyə başlayır, özü də bu zaman kəsik qalınlığı 1mm-dən də az olur. Beləliklə, tədqiqat prosedurunun özü 10-15 dəqiqəyə başa çatır. Skanerləmə dövrü ərzində emal üçün külli miqdarda məlumat əldə edilir. Bu tomoqrafın güclü, ən müasir proqram təminatı ürəyin və tac damarlarının 3D (üç ölçülü) təsvirini əldə etməyə, stenoz və okklüziyaların olub-olmamasını müəyyənləşdirməyə, damarlardakı kiçik kalsium qomlarını saymağa (kalsium skorlama), ürəyin anatomik özəlliklərini təhlil etməyə imkan verir.

Ən əsası isə odur ki, bu tədqiqat heç bir risk faktoru və ağırlaşmaya səbəb olmadığından pasiyenti stasionara yerləşdirməyə və hazırlıq işləri aparmağa ehtiyac qalmır.

Bu üsul ÜİX-nin (Ürəyin İşemik Xəstəliklərinin) hərtərəfli skrininqi almağa qadirdir. O, kateterləşdirmənin böyük riskə bağlı olduğu uşaq patologiyaları zamanı əvəzedilməzdir. Başlıca amil isə odur ki, indi hər kəs uzun çəkən yorucu hazırlıq prosesi, qorxu olmadan ürəyini tədqiq etdirə bilər. Bu qorxu hissi pasiyentin vaxtında həkimə müraciət etməsinə mane olur ki, bu da müalicənin sonrakı mərhələlərində ağırlaşmaların ortaya çıxması ilə nəticələnir.

Yuxarıda sadalananlardan əlavə olaraq, bu tomoqraf bir sıra unikal proqramlarla da təchiz edilmişdir ki, bunlar insanın bütün anatomik strukturlarının həcmli, 3D (üçölçülü) təsvirlərin alınmasına, stomotologiya və implantologiyada əvəzsiz olan xüsusi «Dental» proqramına, ciyər toxumasının sıxlığı və qaraciyər transplantasiyasında çox informativ müayinə üsulu olan qaraciyər volumunun (həcminin) hesablanmasına, həmçinin orqanların 3 fazalı (arterial, venoz və parenximatoz) dinamik müayinəsinə, virtual traxeobronxoskopiya və virtual kolonoskopiyaya imkan verir.

Maraqlanan şəxslər bütün bu məsələlərlə əlaqədar DİN-nin A.N.Heydərov adına Respublika Hospitalının Radiologiya şöbəsinə müraciət edə bilərlər.

 

 Rentgenoloji müayinələr digital “DuoDiognost Philips” aparatı ilə aparılır.

  • Döş qəfəsi üzvlərinin rentgenoskopiya və rentgenoqrafiyası.
  • Qarın boşluğu: mədə, 12 barmaq bağırsaq və yoğun bağırsağın rentgenoskopiya və rentgenoqrafiyası.
  • Kəllənin, burnun əlavə ciblərinin, boyun fəqərələrin rentgenoskopiya və rentgenoqrafiyası.
  • Ətrafların rentgen müayinəsi (skopiya və qrafiya)
  • Onurğa sümüklərinin, oma-büzdüm sümüklərinin rentgenoskopiya və rentgenoqrafiyası.
  • Çiyin, dirsək, mil-bilək, bud-çanaq, oma-qalça, diz, topuq, gicgah-çənə oynaqlarının rentgenoskopiyası.
  • Sidik ifrazı sisteminin rentgen tədqiqatı.
  • Fistuloqrafiya

 

 

Fizioterapevtik müalicə

 Təbii amillərdən istifadə edərək müxtəlif xəstəliklərin müalicəsi bəşər övladının yaranma tarixindən başlayır. Tarixi qaynaqlar göstərir ki, hələ eramızdan qabaq qədim insanlar bir sıra xəstəlikləri,bədəndəki zədələnmələri isti və soyuq kompreslərlə, dəri mədə-bağırsaq xəstəliklərini isə yumaq və imalələrlə müalicə edirmişlər.  Ulu əcdadlarımız manual terapiya və akupunktura kimi adlandırılan müalicə üsulunun elementlərindən istifadə edərək dayaq-hərəkət, sinir sisteminin və müxtəlif dərman bitkilərinin inhalyasiyasın tətbiq etməklə tənəffüs yolları xəstəliklərinin müailicəsin aparırlarmış.

“Təbiət-xəstəliklərin həkimidir” – deyən Hippokrat müxtəlif xəstəliklərin müalicə və profilaktikasında günəş vanna larından, isti və soyuq su prosedurlarından, masajdan, müalicə idmanından və iqlimdən geniş istifadə edərmiş. Qədim Çin həkimləri dəridə müxtəlif kəsiklər aparmaq, iynə batırmaq, yanan siqarları bədənin müxtəlif yerlərinə toxundurmaqla müxtəlif xəstəliklərin sağalmasını sürətləndirimişlər.

Son on illikdə dünyanın inkişaf etmiş ölkələrində patogenetik təsirə malik olan fiziki üsullardan müalicə, reabilitasiya və profilaktika məqsədilə geniş istifadə olunmağa başlanmışdır. Ənənənvi müalicə üsulu olan farmakoterapiyadan istifadənin müəyyən çətinlikləri, yan təsirlərinin olduğu üçün təbii müalicə amillərinin işlənməsinə maraq artmışdır. Fiziki amillərlə müalicə maliyyə baxımından da əlverişlidir, yəni daha ucuz başa gəlir. Digər tərəfdən lazım gəldiyi hallarda dərman maddələri ilə kompleks şəkildə istifadə müalicə müddətini azaltmağa imkan verir.

DİN-nin A.Heydərov adına Respublika Hospitalının fizioterapiya şöbəsi dünyanın müxtəlif ölkələrinin (Almaniya, İtaliya, Rusiya, Türkiyə) ən yeni fizioterapevtik avadanlıqları ilə təchiz olunmuşdur. Həmin avadanlıqların hər biri elmi – texniki tərəqqi ilə əlaqədar, müasir kompyuter sistemi ilə nizamlanan, kombinə olunan aparatlardan ibarətdir. Bu aparatların köməyi ilə aşağıdakı fizioterapevtik müalicələri aparmaq mümkündür:

 

  • Ultrasəslə müalicə və Ultravinoforez;
  • Maqnitoterapiya;
  • Maqnit-lazer terapiyası;
  • Ultrabənövşəyi şüalarla müalicə;
  • İnhalyasiya;
  • Yerli darsonvalizasiya;
  • Parafin terapiya
  • Ozokerit terapiyası
  • Naftalan terapiyası
  • Yerli palçıq müalicəsi
  • Qalvanizasiya və dərman elektroforezi;
  • Sinusoidal modullaşmış cərəyanla müalicə;
  • Elektroyuxu terapiyası;
  • İnterferens terapiyası;
  • Pnevmomassaj;
  • Ultrayüksəktezlikli terapiya (УВЧ);
  • Onurğanın kompüter vasitəsi ilə dartılması və vibrasion masajı;
  • Akkupunktura və refleksoterapiya.
     

 

DİN-nin Respublika Hospitalında geniş aspektdə aparılan fizioterapevtik proseduralardan  əlavə müalicəvi gimnastika, masaj və manual terapiya, su ilə müalicə Reabilitasiya şöbəsində aparılır.
 
 
 
 
 
 
 
 
 
Müalicəvi gimnastika  ( bədən tərbiyəsi )
tənəffüs gimnastikası
fəqərə sütunu üçün gimnastika
oynaqlar üçün gimnastika
mimiki gimnastika

Müalicəvi masaj və manual terapiya
ümumi masaj
lokal masaj
başın masajı
mimik əzələlərin masajı
nöqtəvi masaj

Su ilə  müalicə (Hidroterapiya)
Hidromassaj vannası                                
Duş şarko                                             
Dairəvi duş                                           
Üzgüçülük hovuzu   
Onurğanın suda dartılması
Sauna rus hamamı
Müxtəlif trenajorlar
Psixoterapevtik müalicə

TEST

 Nevrologiya şöbəsinin çarpayı fondu 40 çarpayılıqdır. 

İl ərzində hospitala qəbul edilən xəstələrin təqribən 12-15%-i nevrologiya şöbəsinin payına düşür.

Müasir dövrün sürətli və keşməkeşki həyat tərzi istər-istəməz nevroloji xəstəliklərin də sağlamlığın qorunmasında aktual problemlərdən olduğunu göstərir.Şöbədə həm mülki, həm də rütbəli olmaqla şöbə rəisindən əlavə 5 həkim fəaliyyət göstərir.

Azərbaycanın, Rusiya, Türkiyə və Avropanın qabaqcıl klinikalarında təcrübə kursu keçmiş savadlı, bacarıqlı həkim kollektivi istər Daxili İşlər Nazirliyinin əməkdaşları, onların ailə üzvləri və təqaüdçülərinin, istərsə də digər kontingentin sağlamlığının keşiyində əzmlə dayanmışlar.

Qayğıkeş, məsuliyyətli tibb bacılarının əməyi də bu şöbədə onların bir daha əvəzsiz rol oynadıqlarının bariz nümunəsidir.

Endoskopik urologiya

 Urologiyada endoskopik müayinə və cərrahi xidmət tibb elminin digər sahələrinə nisbətən daha tez başlamış və böyük uğurlara malik olmuşdur. Uroloji orqanların çoxunun öz aralarında müxtəlif yollarla bir-biri ilə bağlı olması endoskopiyanın icrasını urologiyada olduqca asanlaşdırır. Bu gün inkişaf etmiş ölkələrin müasir klinikalarında urologiya demək olar ki, endoskopik cərrahi xidmətdən ibarətdir. Sidik ifrazı sisteminin istənilən orqanına endoskopik üsulla çatmaq, orada əməliyyat aparmaq mümkündür.

DİN-nin A.N.Heydərov adına Respublika Hospitalının Uronefrologiya şəbəsi ən müasir avadanlıqlarla təmin olunmuş endoskopik kabinetə, sarğı otağına, distansion dalğa zərbə litotripsiya bölməsinə, Avropa standartlarına uyğun olan uroloji əməliyyatxanaya və 20-ə yaxın stasionar çarpayıya malik bir şöbə kimi formalaşmışdır.Şöbənin həkimləri Rusiya-Türkiyə-Avropa Uroloji məktəblərində ixtisaslaşmış, 15-20-30 illik təcrübəyə malik olan, elmli, müasir mütəxəssislərdir. Şöbənin üç həkimi Avropa Uroloqlar cəmiyyətinin üzvüdür.
Hal-hazırda şöbənin həkimləri tərəfindən aparılan uroloji xidmətlər:

1. Açıq cərrahiyyə
Böyrək və sidik axarlarında cərrahiyyə əməliyyatları (daş, şiş, plastik əməliyyatlar)
Sidik kisəsinin şişləri, daşları, divertikulları
Prostat vəzininin hiperplaziyası
Xayalarda əməliyyatlar (hidrosele, varikosele, orxiektomiya, orxipeksiya)
Hipospadiya, sirkumsiziya
Qasıq-xayalıq yırtıqları
Əməliyyatdan sonrakı yırtıqlar

2. Endoskopik müdaxilələr
Sistoskopiya, uretrosistoskopiya
Qapalı prostat cərrahiyyəsi ( TUR, biopolyar, monopolyar)
Sistolitotripsiya
Sidik axarları daşlarının endoskopik parçalanması
Uroterorenoskopiya
Double J kateterinin taxılması, çıxarılması
Uretra darlıqlarının müalicəsi
Retroqrad intrarenal cərrahiyyə
Perkutan nefrolitolapaksiya

3. Kişi sonsuzluğu
Kişi cinsiyyət orqanlarının US diaqnostikası
Sidiyin, spermanın, prostat şirəsinin laborator müayinəsi
Cinsi hormonların təyini
Prostatın, toxum kisəciyinin, xaya və artımlarının xroniki iltihabı proseslərinin patogenetik medikamentoz və fizioterapevtik müalicəsi (maqnit-infraqırmızı-lazer müalicəsi, interferens terapiya, pnevmomasaj, elektrofarez, ultrafonofarez, rectal mikrodalğalı terapiya, krioterapiya və.s)
İmpotensiyanın diaqnostikası və patogenetik müalicəsi
Prostatın kistalarının, abseslərin transrektal punksiyası

4. Uronefroloji xəstələrin diaqnostikası (kliniki-laborator-instrumental) və patogenetik müalicəsi (medikamentoz və geniş aspektdə fizioterapevtik)
Son illərdə Hospitalın uroloji şöbəsinin həkimləri tərəfindən 1000-ə yaxın endoskopik uroloji əməliyyat aparılıb.

 Kardiologiya şöbəsinin çarpayı fondu 56 çarpayılıqdır. 

İl ərzində hospitala qəbul edilən xəstələrin təqribən 17-20 %-i kardiologiya şöbəsinin payına düşür. 

Dünya statistikasında ən çox ölüm faizi olan kardiologiya sahəsinin inkişafı bir daha bu sahənin ümumi sağlamlığın qorunmasında hansı çəkiyə malik olduğunu göstərir.

Şöbədə həm mülki, həm də rütbəli olmaqla şöbə müdirindən əlavə 5 həkim fəaliyyət göstərir.

Azərbaycanın, Rusiya, Türkiyə və Avropanın qabaqcıl klinikalarında təcrübə kursu keçmiş savadlı, bacarıqlı həkim kollektivi istər Daxili İşlər Nazirliyinin əməkdaşları, onların ailə üzvləri və təqaüdçülərinin, istərsə də digər kontingentin sağlamlığının keşiyində əzmlə dayanmışlar. Qayğıkeş, məsuliyyətli tibb bacılarının əməyi də bu şöbədə onların bir daha əvəzsiz rol oynadıqlarının bariz nümunəsidir.

 Endokrinologiya şöbəsinin çarpayı fondu 24 çarpayılıqdır. 

İl ərzində hospitala qəbul edilən xəstələrin təqribən 7-8 %-i endokrinologiya şöbəsinin payına düşür. 

Dünyanın “pandemiyası” kimi qəbul edilmiş metabolitik sindrom və şəkərli diabet xəstəliyi bu sahənin yüksək səviyyədə inkişaf etdirilməsi zərurətini yaradır. Son zamanlar qalxanabənzər vəz və digər endokrinoloji xəstəliklərin sürətlə artması endokrinologiya şöbəsinin də işinin nə qədər məsuliyyətli olduğunu bir daha sübut edir. 

Şöbədə həm mülki, həm də rütbəli olmaqla şöbə müdirindən əlavə 3 həkim fəaliyyət göstərir. Azərbaycanın, Rusiya, Türkiyə və Avropanın qabaqcıl klinikalarında təcrübə kursu keçmiş savadlı, bacarıqlı həkim kollektivi istər Daxili İşlər Nazirliyinin əməkdaşları, onların ailə üzvləri və təqaüdçülərinin, istərsə də digər kontingentin sağlamlığının keşiyində əzmlə dayanmışlar. Qayğıkeş, məsuliyyətli tibb bacılarının əməyi də bu şöbədə onların bir daha əvəzsiz rol oynadıqlarının bariz nümunəsidir.

 Terapiya şöbəsinin çarpayı fondu 65 çarpayılıqdır. 

İl ərzində hospitala qəbul edilən xəstələrin təqribən 20-25 %-i terapiya şöbəsinin payına düşür. 

Şöbə müasir standartlara uyğun dərman və avadanlıqlarla təmin edilmişdir.

Şöbədə həm mülki, həm də rütbəli olmaqla şöbə rəisindən əlavə 6 həkim fəaliyyət göstərir. Azərbaycanın, Rusiya, Türkiyə və Avropanın qabaqcıl klinikalarında təcrübə kursu keçmiş savadlı, bacarıqlı həkim kollektivi istər Daxili İşlər Nazirliyinin əməkdaşları, onların ailə üzvləri və təqaüdçülərinin, istərsə də digər kontingentin sağlamlığının keşiyində əzmlə dayanmışlar.

Qayğıkeş, məsuliyyətli tibb bacılarının əməyi də bu şöbədə onların bir daha əvəzsiz rol oynadıqlarının bariz nümunəsidir.

DİN-in A.Heydərov adına Respublika Hospitalının otorinolarinqologiya şöbəsi müasir standartlara cavab verən, yalnız avropa istehsalı olan tibbi alət, avadanlıq və cihazlarla təchiz edilmişdir.

Bunun nəticəsi olaraq qulaq, burun, boğaz xəstəliklərinin müayinə və müalicəsi daha effektiv, tez, xəstə üçün rahat və komfortlu bir şəkildə aparılır.

Endoskopik müayinə otağında Italiyanın “Euroclinic” LOR-kombaynı qulaq, burun, boğaz və səs tellərində olan patoloji dəyişikliyi monitorda izləmək imkanını verir.

Bunun ücün gorüntü monitora 0, 30 və 70 dərəcəli sərt endoskoplarla kamera vasitəsi ilə ötürülür. Qeyd etdiyimiz müxtəlif dərəcəli sərt endoskoplar LOR-üzvlərin incə strukturlarını 0, 30 və 70 dərəcə bucaqlar altında izləmək imkanını yaradır.

Bundan əlavə Almaniyanın “Karl Storz” çevik endoskopu burun, burun-udlaq, udlaq və qırtlağın monitorda görüntülənməsi ilə yanaşı işlək kanal vasitəsi ilə bu üzvlərdə qalan yad cisimləri (balıq sümüyü və s.) xüsusi tutucu ilə xaric etmək imkanını verir.

Reanimasiya və İntensiv Terapiya

Şöbə 1992 ilin may ayından fəaliyyət göstərir. Şöbədə 18 çarpayı mövcuddur.

Şöbədə göstərilən xidmətlər  :

Aşağıdakı xəstəliklər zamanı diaqnostik-müalicəvi yardım:
 
  • Ürək-damar sistemi patologiyası (infarkt, aritmiya, kəskin ürək və damar çatışmamazlığı və s.)
  • Sinir sistemi patologiyası (insult, beyin infarktı, tromboemboliya və s.)
  • Trombolitik terapiya.
  • Tənəffüs sistemi patologiyası (tənəffüs çatmamazlığı, pnevmo və hidrotoraks və s).
  • Mədə-bağırsaq sistemi patologiyası (mədənin, bağırsağın, mədəaltı vəzinin kəskin patologiyası, mədə-bağırsaq qanaxması və s.).
  • Mürəkkəb əməliyyatlardan sonrakı vəziyyətdə olan xəstələr.
 
Şöbədə  birinci və ali dərəcəli, iş stajı ən azı 7 ildən az olmayan, müxtəlif xarici ölkələrin aparıcı klinikalarında işləmiş və təcrübə keçmiş həkim-reanimotoloqlar işləyir.

İntensiv terapiya palataları ən müasir, Hollandiyanın “Filips” şirkətinin, tənəffüs-narkoz  və mərkəzi hemodinamikanı müşahidə edən aparatlar, dərman dozatorları, rentgenoloji avadanlıq  ilə təchiz olunub, bu da müxtəlif ağırlıq dərəcəsində olan xəstələrə sutka ərzində keyfiyyətli yardım göstərilməsinə imkan verir. 

Şöbənin laboratoriyasında bütün spektrli qanın ümumi və biokimyəvi, həmçinin, qanın qaz tərkibi müayinə olunur. Sutka ərzində xəstələri təcrübəli həkim-reanimotoloq və tibb bacısı briqadası müşahidə edir. 

Hospitalın cərrahiyyə şöbəsi haqqında.

 Hospitalın cərrahiyyə şöbəsi Azərbaycanda müxtəlif mürəkkəblikdə aparılan cərrahiyyə əməliyyatlarına görə qabaqcıl yeri tutur. Bu şöbədə çalışan cərrahlar Almaniya, Rusiya, Türkiyə kimi ölkələrin universitet klinikalarında ixtisasartırma kurslarında olmuşlar və onlar tərəfindən qarın boşluğunda və döş qəfəsində dünyada mövcüd olan bütün endoskopik və iri həcmli açıq cərrahiyyə əməliyyatları mükəmməl yerinə yetirilir.

Cərrahiyyə şöbəsi Azərbaycan Respublikasının bir əməkdar həkimi, tibb elmləri namizədi və ali kateqoriyalı yüksək elmi potensialı olan həkimlərdən ibarətdir. Hospitalın cərrahiyyə şöbəsində 10 profil üzrə hər il 1000-ə qədər müxtəlif istiqamətlərdə əməliyyatlar aparılır: abdominal, torakal, ginekoloji əməliyyatlar, neyrocərrahiyyə, müasir rekonstruktiv və mikrocərrahi texnologiyalar tətbiq olunur.Cərrahiyyə şöbəsində və əməliyyat blokunda olan müasir müalicəvi və diaqnostik avadanlıq Ethicon, Olympus, Karl Storz tibbi avadanlıq istehsalçıları tərəfindən təchiz olunmuşdur və cərrahiyyə əməliyyatlarının uğurla yerinə yetirilməsinə şərait yaradır.

Cərrahiyyə şöbəsində aparılan açıq və laparoskopik cərrahiyyə əməliyyatları.

 

  • Qaraciyərin yeni törəmələri (bəd xassəli şişlər, exinokokk sistləri, abseslər və s.) zamanı aparılan  açıq və laparoskopik cərrahiyyə əməliyyatları.
  • Qaraciyərin bədxassəli törəmələrinin radiotezlikli ablasiyası.
  • Qaraciyər sirrozlarının cərrahi müalicəsi.
  • Öd kisəsi və öd yollarında vizual xolangioskopiya və rentgenolioji xolangioqrafiya manipulyasiyaları ilə birgə aparılan açıq və laparoskopik cərrahiyyə əməliyyatları.
  • Öd daşı xəstəliyi və onun ağırlaşmalarının (xoledoxolitiaz, mexaniki sarılıq, kəskin forma xolesistitlər) açıq və laparoskopik üsulla cərrahi müalicəsi.
  • Qaraciyərin USM altında biopsiyası və öd yollarının kateterizasiaysı.
  • Mədəaltı vəzin açıq və ya laparoskopik üsulla tam və hissəvi çıxarılması.
  • Dalağın tam və ya hissəvi olaraq açıq və ya laparoskopik üsulla çıxarılması.
  • Qida borusunun, mədə və onikibarmaq bağırsağın, nazik və yoğun bağırsağın, böyrəküstü vəzlərin xəstəlikləri və şişləri zamanı aparılan açıq və laparoskopik cərrahiyyə əməliyyatları.
  • Laparoskopik appendektomiya.
  • Diafraqmanın qida borusu dəliyinin yırtıqlarının açıq və laparoskopik plastikası.
  • Diaqnostik laparoskopiya və torakoskopiya.
  • Döş qəfəsində, divar aralığında, ağ ciyərlər üzərində aparılan açıq və laparoskopik cərrahiyyə əməliyyatları.
  • Peritonarxası sahənin törəmələrinin açıq və ya laparoskopik üsulla radikal çıxarılması.
  • Qarının ön divarının birincili və cərrahiyyə əməliyyatından sonraki yırtıqların meşlərlə  açıq və laparoskopik üsulla plastikası.
  • Ginekoloji açıq və laparoskopik cərrahiyyə əməliyyatları.
  • Qalxanabənzər vəzin tam və hissəvi çıxarılması.
  • Aşağı ətrafların varikoz genişlənmiş venalarının lazer ablasiyası, skleroterapiya, çıxarılması.
  • Abdominoplastika.
  • Piylənmənin cərrahi müalicəsi (biliopankreatik şuntlama, qastroplastika, mədə bandajlarının qoyulması).
  • Düz bağırsağın və anal kanalın cərrahi xəstəlikləri (hemorroidal düyünlərə lateks həlqələrin qoyulması, lazer və liqaşur hemorroidektomiya, Lonqo üsulu rektoselenin cərrahi korreksiyası, pararektal fistullaların ləğvi, anal çatın və kondilomaların  konservativ və cərrahi müalicəsi).

 

Hospitalın Oftalmologiya şöbəsi ən müasir avadanlıqlarla təchiz olunmuşdur.  

Yaponiyanın “TOPCON” firmasının son model cihazları göz xəstəliklərinin diaqnostikasında, profilaktikasında, müalicəsində böyük rol oynayır.

“FOROPTER” çoxfunksiyalı olmaqla xəstənin görməsini yoxlamağa, eynəyin təyin edilməsinə imkan verir. 

Biomikroskop gözün ön və arxa seqmentini müayinə etməyə imkan verir. 

Avtoreftometr gözün refraksiyasını ölçür və dəqiq eynək təyin edir. 

“Pnevmotonometr” vasitəsilə gözə təmas etmədən, gözdaxili təzyiqi ölçmək olur.

Almaniyanın “VOLK” firmasının 78 dpt asferik linzası və “Reister” firmasının oftalmoskopu ilə göz dibi müayinə olunur. 

“ALKON” firmasının “LAUREAT” fakoemulsifikator cihazı ilə kataraktaların ən son üsulla cərrahiyyəsini aparmaq olur. 

Göz müayinəsi - görmənin müəyyən edilməsi məqsədi ilə ardıcıl şəkildə aparılan müayinələrdən ibarətdir.

Müayinənin düzgün şəkildə aparılması üçün ilkin olaraq görmə səviyyəsi müəyyən edilməlidir. Göz xəstəliklərinin meydana gətirdiyi şikayətlərdən ilk yerdə duranı görmə qabilliyyətinin zəifliyidir.

Normal göz müayinəsi 4 (dörd) mərhələdən ibarətdir:

1. Görmə itiliyinin və refraksiyanın yoxlanılması;

2. Biomikroskop ilə ön seqmentin müayinəsi;

3. Göz dibinin müayinəsi;

4. Göz təzyiqinin ölçülməsi;

1. Gözdə miopiya, hipermetropiya və astiqmatizm görmə zəifliyinin ən böyük səbəblərindəndir. Sadaladığımız göz qüsurları ümumiyyətlə hər iki gözdə mövcud olur. Bəzən bir göz normal (sağlam) olduğu halda, digərində qüsur ola bilər. Bəzən isə iki gözün hər birində fərqli qüsurlar mövcud olur.Göz qüsurları eyni zamanda yaşa görə fərqli olur. Göz müayinəsinin əsas məqsədi sadəcə göz qüsurlarının təyini deyil, eyni zamanda xəstəyə düzgün müalicə növünün tətbiqi üçündür (eynək; kontakt linza;əməliyyat və ya lazer əməliyyatı kimi...).

2. Biomikroskopik müayinədə gözün ön hissəsində qapaqlar, kirpiklər,konyunktiva,buynuz qişa(kornea), sklera,qüzehli qişa (iris),göz bəbəyi, billur və şüşəvari cism(vitreus) kimi strukturların qiymətləndirilməsi aparılır. Gözdəki şikayətlər diqqətdən qaçırılmamalıdır. Erkən müdaxilə ilə irəlidəki daha ağır göz problemlərindən qorunmaq mümkündür. 

3. Gözə göz bəbəklərini  genişləndirən damcı  tökərək təxminən 30 dəqiqə gözlədikdən sonra göz dibi (retina damar və sinir) müayinəsi aparılır. 

4. Göz təzyiqinin müntəzəm olaraq ölçülməsi vacibdir.  

 Sadəcə bir göz müayinəsi  ilə xəstənin heç bir şikayəti olmadığı halda gizli olan problemləri təyin etmək mümkündür.

Qlaukoma

Qlaukoma (xalq arasında göz təzyiqi olaraq da adlandırılır). Əsasən 40 yaşdan sonra meydana çıxan, ümumiyyətlə illər ərzində inkişaf edərək, görmə qabiliyyəti üçün əhəmiyyətli olan göz sinirinə zərər verən bir xəstəlikdir. Qlaukomada görmə itkisi baş verdikdə geriyə dönüş şansı yoxdur. Bu səbəblə xəstəliyi erkən olaraq meydana çıxarmaq və müalicə çox əhəmiyyətlidir. Xəstəliyin erkən müəyyən olunması üçün  diqqətli göz müayinəsi əsas şərtdir. 

Katarakta  nədir?

Katarakta-gözə daxil olan işıq şualarını toplayan təbii billurun  öz şəffaflıgını itirməsidir. Şəffaflıgını itirən billur buzlu şüşə kimi olur və görmə qabiliyyəti zəifləyir. Fokussuz  və bulanıq görmə ilə bərabər göz yorgunlugu və baş agrısı xarakterik şikayətlərdəndir. Katarakta ümumiyyətlə ahıl yaşlarda əmələ gələn xəstəlikdır. Bununla bərabər yeni dogulan körpələrdə, diabetik xəstələrdə, gözdaxili iltihablardan sonara yarana bilər.   

Katarakt inkişafının dayandırılması və ya geriyə döndərilməsi müalicə ilə (əməliyyatsız) mümkün deyil. Kataraktın tək müalicə növü – cərrahidir. Kataraktı olan mövcut billur göz içindən çıxarılaraq yerinə şəffaf linza yerləşdirilir. Daha öncə kataraktın aradan qaldırılması üçün adətən tikişli üsül istifadə olunurdu. Bu üsulla əməliyyat daha çox vaxt aparır və əməliyyatdan sonra batma, yanma və bulanıq görmə kimi şıkayətlər daha çox olurdu. Bu köhnə üsulda təkrar tikişlərin sökülməsi lazım olurdu. Artıq günümüzdə müasir üsullar inkişaf etdi.

Fakoemulsifikasiya deyilən ən müasir katarakt cərrahiyyəsi növündə buynuz qişadan çox qısa bir kəsikdən göziçinə alətlə girilərək ultrason enerjisi ilə billur çox kiçik parçalara bölünərək vakumla çəkilir. Bu kiçik kəsikdən gözə uyğun linza yerləşdirildikdən sonra tikiş qoyulmadan əməlıyyat tamamlanır.Fakoemulsifikasiya üsulu, geniş bir kəsik olmadığı və qapalı sistemdə çalışıldığı üçün erkən dövrdə görmə səviyyəsini artıran olduqca güvənli fəsadı çox az olan bir üsuldur. Əməliyyatdan sonra gözdən tikiş sökülmür.

 

Adekvat anesteziya – klinikanın fəaliyyətinin əsas göstəricilərindən biridir.

Hospitalın Anesteziologiya və əməliyyat şöbəsi dünyanın aparıcı ölkəlırinin tanınmış şirkətlərinin tibbi avadanlıqları ilə təchiz olunmuşdur. Şöbənin əməkdaşları yeni quraşdırılmış avadanlıqlarla işləməyi tam mənimsəmiş, Bakı şəhərinin və xarici ölkələrin qabaqcıl klinikalarında təcrübi kurslar keçmiş, şirkətin əməkdaşları ilə birlikdə monitorinqlərdə iştirak etmişlər.

Şöbənin maddi-texniki təminatı, kadrların hazırlığı imkan verir ki, sutkanın istənilən vaxtında 4-5 təxirəsalınmaz əməliyyat və eyni zamanda sutkada 6 cərrahiyyə otağında 20-dən artıq cərrahi əməliyyat aparmaq mümkün olsun.

Əməliyyat otaqları hər biri aparılan əməliyyatlara görə uyğun avadanlıqlarla təchiz olunmuşdur (uroloji, oftalmoloji, təmiz və irinli cərrahiyyə, LOR, travmatoloji). 

TUR endoskop dəsti (KARL ŞTORZ - Almaniya)

Mikroskoplar ( LEİKA - oftalmoloji və LOR - ABŞ)

Litotriptor (ALYANS MEDİKAL)

Mikroskop - neyrocərrahi (ZEİSS OPMİ VARİO - Almaniya)
Faco Emulsikator (ALKON)
Mobil rentgen aparatı (PHİLİPS)
Cərrahi ultrason skalpel (Almaniya)
Sleep monitor (Almaniya)
Elastik sistoskop və s. (Almaniya)
Əməliyyat otaqlarının hər birində pultlu əməliyyat masaları (Almaniya və Türkiyə)
Koaqulyatorlar ("Sörinq"-Almaniya),
Kardiomonitorlar ("Philips"-Almaniya),
Defibrilyatorlar (Almaniya),
İnfuzomatorlar ("ARCUS-600S" -Almaniya),
Volumetrlər ("ARCUS-707" -Almaniya) və s. avadanlıqlar yerləşdirilib.

Əməliyyat otaqlarında olan ən müasir kardiomonitorlar (Siemens-Almaniya) xəstələrin ən vacib olan ürək-qan damar sistemi parametrlərinin dinamikasının nəzarətdə saxlanmasına imkan verir (arterial təzyiq, nəbz, kardioqramma, bədən temperaturu və s.)

Blokda quraşdırılmış qaz-hava sistemi mərkəzləşdirilmiş xəttlə bir neçə nöqtədən divarlarda və tavanda quraşdırılmış xüsusi qurğu vasitəsilə verilir.

Buradan verilən hava (400-700 atmosfer) oksigen və azot 1 oksid borularla narkoz aparatlarına çatdırılır.
Narkoz aparatları - Heinen Löwenstein "LEON" - Almaniya modeli əməliyyat zamanı süni tənəffüs aparılmasını, inhalyasion anestetiklərlə istifadəni təmin edir.

Xəstəliyin ağırlıq və həyati vacib parametrlərin pozğunluq dərəcəsindən asılı olaraq adekvat, az təhlükəli və minimal toksiki narkozun seçilməsi vacibi şərtdir. Bununla əlaqədar müxtəlif cərrahi patalogiyalarda kombinəedilmiş narkozlardan geniş istifadə edilir. Məsələn: 1) Epidural blokada və venadaxili anesteziya; 2) Spinal-epidural anesteziya; 3) Uzadılmış yüksək epidural blokada; 4) spinal və endotraxeal narkoz və s. Ehtiyac olduqda bəzi neyrocərrahi (beyin daxili şişlər, anevrizmlər və s.); uroloji (böyrək rezeksiyası, prostatın böyük həcmli adenoması); otorinolarinqoloji endoskopik əməliyyatlarda idarə olunan medikamentoz hipotoniya yaradılır.                                    

Üzərində olan monitor xəstənin bir neçə həyati vacib parametrlərinin dinamik nəzarətini mümkün edir. Bunlardan xəstəyə ötürülən və xəstədən qayıdan hava kütləsinin miqdarı və tərkibi (oksigen və karbon qazı) əksini tapır. Ağciyərlərin və döş qəfəsinin müqavimətini göstərən və bununla xəstənin əməliyyat zamanı əzələ relaksasiyasını, narkozun dərinliyini əks etdirən bir neçə parametrləri göstərir.
Əməliyyat blokunda aseptika, antiseptika, sterilizasiya qaydalarına lazımi səviyyədə riayət olunur.

Neyrocərrahiyyə

Azərbaycanda xronik böyrək çatışmazlığı və hemodializ probleminin həlli 1970-cı ildə Respublika kliniki uroloji xəstəxanasında “Böyrəkköçürmə və hemodializ şöbəsi”nin (Böyrək Mərkəzinin) təşkili ilə başlanmışdır (ilk şöbə müdiri Sultan Əliyev təyin olumuşdur). Birinci hemodializ 1970-ci ilin sentyabrında müvəffəqiyyətlə aparılmışdır. Açılışının ilk günündən akademik M. Cavad-zadənin rəhbərliyi ilə  böyük zəhmətlər hesabına geniş kliniki, elmi-praktik  fəaliyyətlər göstərilməyə başlandı.

Orqanizmin həyat fəaliyyəti nəticəsində insanın orqan və sistemlərinin işinə və funksional vəziyyətinə mənfi təsir göstərə bilən xeyli miqdarda toksik maddələr yaranır və ya xaricdən orqanizmə daxil olur.

 Əlbəttə orqanizmin zərərli amillərdən özünümüdafiə mexanizmləri və toksinləri neytrallaşdıraraq xaric olunması sistemləri mövcuddur. Lakin urbanizasiya, korlanmış ekologiya və sürətli həyat ritmləri şəraitində orqanizmi “şlaklardan” təmizləmə funksiyası daşıyan orqan və mexanizmlər heç də həmişə bu işin öhdəsindən gələ bilmirlər. Bu, lazımsız maddələrin toplanmasına, orqanizmin daxili mühitinin dəyişməsinə səbəb olur ki, nəticədə orqanizm üçün təhlükəli olan ciddi mübadilə pozuntularının və pataloji halların formalaşması baş verir. Beləliklə əsasında immun sistemin pataloji dəyişiklikləri (allergik dəyişikliklər, autoimmun reaksiyalar, immunitetin və müqavimətin zəifləməsi) və mübadilə proseslərinin pozulması duran bir sıra xəstəliklər – hipertoniya xəstəliyi, ürəyin işemik xəstəliyi, baş-beyin damarlarında sklerotik dəyişikliklər, şəkərli diabet, podaqra və.s. inkişaf edir.

Bu xəstəliklərin əksəriyyətində tətbiq olunan ənənəvi müalicə üsulları yalnız xəstəliyin simptomlarını aradan qaldırır - allergik reaksiyanın və ya infeksiya inkişafının qarşısını alır, bronxial astma tutması zamanı bronxları genişləndirir və yaxud arterial təzyiqi azaldır və.s. Eyni zamanda bu effekt xəstəliyi yaradan əsas səbəbə toxunmur və bir sıra əlavə təsirlər bahasına əldə edilir.

Məntiqi nəticə alaraq güman etmək olar ki, orqanizmin fəaliyyətinin məhsulu olan toksik maddələrin xaric olunması xəstəliklərin gedişatında dönüş nöqtəsi ola bilər.  Bu nöqteyi nəzərdən ekstrakorporal hemokorreksiya üsüllarından istifadə edərək müalicə prosesində qənaətbəxş nəticələr əldə etmək olar.

Ekstrakorporal hemokorreksiya-qanın hüceyrə elementlərinin kəmiyyət və keyfiyyət dəyişikliyi, zülal, su-elektrolit, ferment və qaz tərkibinin orqanizmdən xaricidə müxtəlif texniki üsullarla yenidən işlənməsidir. Hemokorreksiya efferent (efferens-xaric etmə) terapiya üsulları ilə həyata keçirilir. Efferent terapiya üsulları, yəni müxtəlif xəstəliklər fonunda və ya xarici mühitdən orqanizmə daxil olan zərərli maddələrin birbaşa yolla xaric edilməsi məhz orqanizmin daxili mühitinin təmizlənməsinə yönəlmişdir.

Bu üsulların ən effektiv və kliniki praktikada daha çox istifadə edilən növlərinə aiddir: 
-    Hemodializ;
-    Hemosorbsiya;
-    Plazmaferez;

Bu zaman toksinlər, azot mübadilə məhsulları (kreatinin, sidik cövhəri və s.), immun komlpekslər, xolesterin və müxtəlif xəstəliklərə səbəb olan digər patoloji məhsullar qandan xaric olunur. Hər bir metodun əsasında detoksikasion (orqanizmi toksiki maddələrdən təmizləmə), reokorreksion (qanın reoloji xüsusiyyətlərini yaxşılaşdırmaq), immunokorrektiv (immuniteti yaxşılaşdırmaq) kimi selektiv təsirlər durur.

I. Hemodializ (hemo-qan, dializ-təmizləmə)-qanın bədəndən xaric edilərək hemofiltrdən (dializatordan) keçirməklə təmizlənməsi və təmizlənmiş qanın yenidən orqanizmə qaytarılması üsuludur. Hemodializ “süni böyrək” cihazı vasitəsilə həyata keçirilir.

DİN-in A.Heydərov adına Respublika Hospitalının hemodializ zalı və osmos-su təmizləyici otağı. Cihaz insan böyrəyinin müəyyən funksiyalarını (azot qalıqlarının xaric edilməsi, su-duz mübadiləsi, homeostazın tənzimlənməsi və s.) yerinə yetirmək imkanı verən xüsusi materialdan hazırlanmış yarımkeçirici membran-dializator (hemofiltr) və  qanın qaz və elektrolit tərkibinə uyğunlaşdırılmış xüsusi tərkibli osmotik aktivliyə malik olan  dializat (qan tərkibinə uyğun buffer məhlulu-asetat və bikarbonat) keçirməklə qanın təmizlənmə prinsipi ilə işləyir.

Cihaz cərrahi əməliyyat vasitəsi ilə yaradılmış xüsusi damar yolunu (fistulanı) fistula iynəsi ilə punksiya edilərək qan dövranına  birləşdirilir. Maqistral şuntlar vasitəsilə qan dializatora təmizlənmək üçün daxil olur. Bu zaman xəstənin qanının müəyyən hissəsi (200-300 ml) bədəndən xaricdə olur, fasiləsiz olaraq dövr edir, zərərli maddələrdən təmizlənir və sonda orqanizmin qan dövranına qayıdır. Standart olaraq dializ proqramı adətən həftədə 3 dəfə 4 saat davam edir və bu proqram hemodializ və ya periodik hemodializ, yaxud xronik hemodializ adlanır. Əksər xəstələr həftədə 3 dəfə xüsusi şöbələrə - hemodializ mərkəzlərinə gələrək bu əməliyyatı ambulator şəraitdə qəbul edirlər. Xəstə düzgün göstərişlə hemodializə seçilirsə o,  illərlə və ya 10 illərlə müalicə ala bilir və dializin köməyi ilə  dolğun bir həyat yaşayır. Əgər xəstə ona tövsiyə olunan rejimə əməl edirsə və tibbi məsləhətləri yerinə yetirirsə iş qabiliyyətini uzun müddət saxlayır və aktiv həyat fəaliyyətini davam etdirir.

Xəstələr razı olduqda 3-6 ay dializ müalicəsindən sonra böyrək transplantasiyasına göndərilirlər. Bu dövrdə xəstələrin vəziyyəti yaxşılaşır, onlar  hərtərəfli müayinə olunur və əks-göstəriş olmadıqda böyrəkköçürmə əməliyyatı yerinə yetirilir. Dializsiz böyrək-köçürmə ancaq təşkilati işlər yaxşı qurulduqda aparıla bilər.

 “Süni böyrək” cihazın xəstənin qan dövranına birləşdirmək üçün damar yolu yaradılır: kəskin böyrək çatışmazlığı (KBÇ) zamanı – müvəqqəti (körpücükaltı, vidaci, bud venasına kateterin qoyulması), Xroniki böyrək çatışmazlığı (XBÇ) zamanı – daimi (arteriovenoz şunt, arteriovenoz (AV) fistula.

Hemodializin iki növü vardır:

-    Kəskin hemodializ
-    Xroniki (proqram) hemodializ

Kəskin hemodializ-müxtəlif etioloji səbəblərdən yaranan kəskin böyrək çatışmazlığı zamanı tətbiq edilir. Xəstə bir neçə hemodializ seansından sonra normal  həyata qaytarılır və ya böyrəklər səviyyəsində ciddi geridönməz patologiya əmələ gəlirsə, həyati göstərişə əsasən daimi xroniki hemodializ davam etdirilir və ya böyrəkköçürülmə əməliyyatına göndərilir.

Xroniki (proqram) hemodializə (Xroniki Böyrək Çatışmazlığı zamanı) göstərişlər:

1.    Kreatinin böyrək klirensi 10-15 ml/dəq/1,73 m2-dən  az;
2.    Sidik cövhərinin böyrək klirensi 7 ml/dəq/1,73 m2-dən  az;
3.    Qanda kreatinin səviyyəsi 600-700 mk mol/l-dən yüksək;
4.    Qanda kaliumun səviyyəsinin 6,5 mmol/l-dən yüksək;

Aşağıdakı kliniki əlamətlərin birinin olması:

- uremiya simptomları; 
- hiperhidratasiya,  nəzarət olunmayan AH, xroniki ürək çatışmazlığı,   başlayan ağciyər ödemi;
- proqress edən uremik neyropatiya;
- metabolik asidoz, dekompensasiyaya uğradıqda;
- uremik perikardit, uremik prekoma;
- zülal-enerji çatışmazlığı (malnutrition), hiperkatabolizm.

Proqram (xroniki) hemodializə nisbi əks göstərişlər:

1.  Bədxassəli şişlər;
2.  UİX, miokard infarktı, ürək çatışmazlığı;
3.  Xroniki hepatitin dekompensasiya mərhələsi, qaraciyər sirrozu;
4.  Ağciyərin obstruktiv xəstəlikləri, aktiv vərəm;
5.  Baş  beyin  damarlarının zədələnməsi;
6.  Psixiki xəstəliklər (şizofreniya, epilepsiya, psixoz və s.)
7.  Qan xəstəlikləri (aplastik anemiya, leykoz və s.)
8.  Aşağı intellekt səviyyəsi, sosial reabilitasiyaya marağın olmaması (alkoqolik, narkoman, evsiz avaralar);
9.  Sinir sisteminin ağır xəstəlikləri;
10. Antikoaqulyant yeritdikdə massiv qanaxmanın yüksək riski olan xəstələr (uşaqlıq fibroması, Mellori-Veys sindromu, mədə və 12 barmaq bağırsaq xorası). Ürək və magistral damarların  anevrizması.

 Qeyd etmək lazımdır ki, XBÇ ilə olan və proqram hemodializə potensial ehtiyacı olan xəstələrin vaxtında nefroloqun məsləhətinə göndərilməməsi nəticəsində xəstəliyin kliniki gedişinin ağır şəkil aldığı zaman xəstəyə hemodializ müalicəsinin kömək göstərəcəyinə təminat vermək mümkün olmur. Ona görə də xəstənin nefroloqun məsləhətinə vaxtında göndərilməsi  çox vacibdir, çünki, bu mütəxəssislərlə görülən tədbirlər nəticəsində, dializönü dövrdə XBÇ-nin ağırlaşmalarını aradan qaldırmaq imkanını verir. Digər tərəfdən hemodializ müalicəsinə göstərişi düzgün təyin etmədikdə xəstələrin vəziyyətinin daha da pisləşməsinə və fatal sonluğun tezləşməsinə səbəb olur. 
Ümumiyyətlə hemodializ təkcə müalicə deyil, həm də bir yaşam tərzidir!

II. Hemosorbsiya. Qanın xüsusi üsul ilə hazırlanmış kömürdən keçirilməsi əməliyyatı hemosorbsiya adlanır. Bu zaman qandakı müxtəlif toksik maddələri xaric etmək üçün qanı aktivləşdirilmiş kömür olan xüsusi kalonkalardan keçirərək təmizləyirlər. Xəstənin qanı sorbsion aparatda yerləşən səthi-aktiv strukturlardan keçərkən, toksik maddələr fiksasiya olunur, təmizlənmiş qan isə xəstəyə qayıdır.

Hemosorbsiya zamanı əsasən qandan «orta molekullu» maddələr təmizlənir. Ona görə Xroniki Böyrək Çatışmazlığının müalicəsində hemosorbsiya hemodializlə kombinə olunur. Bundan başqa hemosorbsiya kəskin böyrək, qaraciyər çatışmazlığında, endogen və ekzogen intoksikasiyalarda, allergik  və sair xəstəliklərdə geniş tətbiq edilir.

III. Plazmaferez-Ekstrakorporal müayinə metodlarının bir növü olub qanın plazma hissəsinin pataloji kompenentlərini ayırmaqla, qan və qanəvəzedici kompenentlərlə əvəz edilməsi prosesidir. Əməliyyat xüsusi cihazın və plazmafiltrlərin köməyi ilə aparılır. Bir sıra pataloji maddələr qapalı struktura malik olduqları üçün elektrik yükü daşımırlar, neytraldırlar (məsələn: immun komplekslər, allergenlərin bəzi növləri, xolesterin və.s.); onlar sorbentdə fiksasiya oluna bilmirlər. Belə hallarda plazmanın və plazmada həll olmuş toksinlərin bədəndən xaric olunmasına əsaslanan plazmaferez üsulu daha effektlidir.

Beləliklə plazmaferezin güclü immunokorrektor və reokorrektor (qanın realoji xüsusiyyətlərinin normallaşdırılması) xüsusiyyətlərinə görə ondan kəskin və xro¬nik böyrək çatışmazlığında, kəskin və xronik qlomerulonefritdə, qan və sinir sistemi xəstəliklərində, xroniki alkoqolizmdə, qanın rezus konflikt olduğu hallarda, müxtəlif mənşəli hamiləlik toksikozlarında və patoloji hallarda tətbiq edilir.

Beləliklə efferent prossedurlar zamanı orqanizmə toksiki təsir göstərən maddələr xaric olur və nəticədə patogen maddələrin konsentrasiyasının xeyli azalması uzunmüddətli remissiyaya (xəstəliyin əlamətlərinin olmamasına) və hətta sağalmaya səbəb olur.

Travmatologiya şöbəsi dayaq- hərəkət aparatının   tarvmatoloji və ortopedik patologiyalarının müalicəsində dünyada tətbiq olunan ən müasir tibbi avadanlıqlarla və bunları mükəmməlliklə tətbiq etməyi bacaran mütəxəssislərlə təmin olunmuşdur.

Beləki müasir dövrümüzün ən aktual problemlərindən olan avtomobil qəzaları nəticəsində alınan travmalar, idman travmaları, döyüş travmalarının, həm sadə, həm müştərək formalarında klassik və müasir üsullarla müalicələr müvəffəqiyyətlə həyata keçiririlir.

Dayaq-hərəkət aparatının seqmentlərinin sınıqlarında anadangəlmə və yaxud  qazanılmış qüsurlarında müxtəlif metalkonstruksiyaların tətbiqi, distraksion-kompression üsullarla qüsurların bərpası, oynaqlarda artroskopla əməliyyatlar, oynaqların endoprotezləşdirilməsi müvəffəqiyyətlə həyata keçirilir.    




Çap et  Çap et