Hospitalın rəisi, Babaxanov İsbi Salman oğlu.
1996-cı ildə Azərbaycan Tibb Universitetinin 2-ci Müalicə-profilaktika fakultəsini bitirmişdir. 1996-1997-ci illərdə Bakı şəhəri 3 saylı Bakı şəhər Klinikasında nevrologiya üzrə kliniki internatura kursunu keçmişdir.
1999-cu ildən Azərbaycan Respublikası DİN-nin A.Heydərov adına Respublika Hospitalın Nevrologiya Şöbəsində həkim-nevropatoloq vəzifəsində, 2003-cü ildən həmin şöbənin rəisi, 2014-cü ildən Hospitalın Müalicə işləri üzrə rəis müavini vəzifəsində çalışır. 2017-cil ildən Hospitalın rəisi vəzifəsində çalışır.
2010-ci ildən Azərbaycan Tibb Universitetinin disertantıdır. 6 elmi məqalələrin, 1 metodik tövsiyyələrin müəlifidir. 2017-ci ildə həmin institutda namizədlik dissertasiyasını uğurla müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Dəfələrlə Avstriya, İspaniya və sairə ölkələrdə keçirilən nevrologiya üzrə Beynəlxalq seminarların iştirakçısı olub.
Hospitalın İnzibati və Təsərrüfat İşləri üzrə rəis müavini, Qəhrəmanov Xəyyam Vaqif oğlu.
2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə Kredit fakültəsini bitirmişdir.
2008-2018-ci illərdə Azərbaycan Respubikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır.
2017-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir.
2018-ci ildən Azərbaycan Respublikası DİN-in A.Heydərov adına Respublika Hospitalının İnzibati və Təsərrüfat İşləri üzrə rəis müavini vəzifəsində çalışır.
Hospitalın ödənişli xidmətin təşkili böməsinin rəisi, Bəylərova Nərmin Nuğay qızı
1995 ci ildə anadan olub. 2012-ci ildə fizika, riyaziyyat və informatika təmayüllü liseyi bitirdikdən sonra təhsilini ADA Universiteti, Biznesin İdarə Edilməsi ixtisası üzrə davam etdirib. 2017-ci ildə ADA Universitetində bakalavr təhsilini başa vurduqdan sonra sığorta, bank və xidmət sahələrində müxtəlif vəzifələrdə işləyib. Hal-hazırda, DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalında Ödənişli xidmətin təşkili bölməsinin rəisi vəzifəsində çalışır.
1 dekabr 1964-cü ildə yaradılıb. 100 çarpayılıq və 90 nəfərə yaxın tibb işçisi olan hospitalda 3 şöbə (terapiya, cərrahiyyə və nevrologiya) və 7 həkim kabineti olub.
1993-cü il - 1994-cü il. 260 çarpayılıq, 270 nəfərə yaxın tibb işçisi olan hospitalda 9 şöbə, 9 kabinet fəaliyyət göstərmişdir. Əvvəllər 7 nəfər əməkdaş zabit rütbəsi daşıyırdısa 1994-cü ildən başlayaraq hospitalın ştat cədvəlində dəyişikliklər edildi, zabitlərin sayı artırıldı, yeni şöbələr yaradıldı, bacarıqlı, savadlı tibb bacılarına xüsusi rütbələr verildi.
1988-1994-cü illərdə Respublikanın ağır günlərində cəbhə bölgələrində xəsarət almış minlərlə DİO əməkdaşlarına, Daxili Qoşunların hərbi qulluqçularına və mülki vətəndaşlara yüksək səviyyədə tibbi xidmətin göstərilməsi, onların reabilitasiyası, onlarla həkim zabitin cəbhə zonasında fəaliyyəti. Bir qrup yaralıların Almaniyada, Türkiyədə, İranda, Bolqarıstanda müalicəsinin davam etdirilməsinin təşkili.
1993-cü il oktyabr. Azərbaycan Respublikasının Prezidenti, ulu öndərimiz Heydər Əliyevin hospitalda Qarabağ müharibəsinin yaralıları ilə görüşü.
1993-1994-cü illər. Daxili İşlər Nazirliyinin ikinci hospitalının (Daxili Qoşunların) açılması və fəaliyyəti.
1994-cü ildə Daxili İşlər Naziri, general Ramil Usubovun rəhbərliyi ilə hospitalın yaradılmasının 30 illik yubiley tədbirləri.
1996-cı il iyun ayının 29-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə görkəmli dövlət xadimi, Azərbaycanın sabiq Daxili İşlər Naziri, general-leytenant Arif Nəzər oğlu Heydərovun xatirəsi əbədiləşdirilərək Daxili İşlər Nazirliyinin Respublika Hospitalına A.N.Heydərovun adı verildi.
2007-ci il martın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının və Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə hospitalın yeni binasının təməlqoyma mərasimi.
2009-cu il fevralın 25-də Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının xeyir-duası ilə beynəlxalq standartlara cavab verən, ən inkişaf etmiş ölkələrdə mövcüd olan xəstəxanalardan geri qalmayan, bəlkə də onları qabaqlayan, ən müasir avadanlıqlarla təchiz olunmuş DİN-nin Respublika Hospitalının yeni binasının açılışı.
2010-cu il iyunun 30-da Azərbaycan Respublikası Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Hospitalın nəzdində Stomatoloji Mərkəzin və DİN-nin 1 saylı Poliklinikasının yeni binasının açılışı.
2013-cü ilin yanvarında Hospitalın nəzdində Hemodializ şöbəsinin açılışı.
2014-cu il. Hal-hazırda hospitalda çarpayı fondu 360-a çatdırılmış (o cümlədən Şamaxı Müalicə-Bərpa Mərkəzində 40 çarpayı), 100-dən artıq həkim, 20 şöbə; 2 mərkəz, 1 bölmə və 6 yardımçı xidmət sahəsi fəaliyyət göstərir; 2 tibb elmlər doktoru, onlardan, biri professor; 10 tibbi elmləri namizədi, onlardan biri dossent, 7 dissertant; 20-dən artıq ali dərəcəli həkim, 25-ə yaxın ali dərəcəli tibb bacısı öz vəzifə və peşə bacarıqlarını layiqincə yerinə yetirirlər. Hospitalda xidmət edən 4 həkim Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Respublikanın Əməkdar Həkimi” fəxri adına layiq görülmüş, bir həkim Azərbaycan Respublikası Səhiyyə Nazirinin əmrilə “Səhiyyə Əlaçısı” medalı ilə təltif edilmişdir. Əməkdaşların bir qismi Avropanın, Turkiyənin, Rusiyanın qabaqcıl klinikalarında təcrübi kurslar keçmiş və fəaliyyət göstərmişlər.
Bu gün müasir tibb müəssisələrindən biri sayılan, zəngin maddi texniki bazaya malik olan hospital polis əməkdaşlarının, onların ailə üzvlərinin, təqaüdçülərinin, mülki işçilərinin sağlamlığının qorunması isiqamətində Azərbaycan Respublikasının Prezidentinin və DİN-nin rəhbərliynin diqqət və qayğısının parlaq təzahürüdür. Belə bir hospitalda işləmək hər bir əməkdaşın qarşısında böyük məsuliyyət hissi, peşə və vəzifə borcunun yüksək səviyyədə yerinə yetirilməsi məsələsini qoyur.
DİN-nin hər bir əməkdaşına, onun ailə üzvlərinə, təqaüdçüsünə və mülki işçisinə yüksək qayğı və tibbi kömək göstərən təcrübəli, elmli və qayğıkeş tibb ailəsi hər bir vətəndaşa öz köməyini əsirgəmir.
Məmmədov Rəşad Nurəddin oğlu
1997-cı ildə Azərbaycan Tibb Universitetinin 2-ci Müalicə işi fakultəsini bitirmişdir.
1997-1999-cu illərdə Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının Klinik ordinaturanı bitirmişdir.
1999-2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasında baş laborant vəzifəsində çalışmışdır.
2001-2004-cü illərdə Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasında aspiranturanı bitirmişdir.
2005-ci Tibb elmləri namizədi disertasiyasını müdafiyə etmişdir, həmin ildən bu günə qədər Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasında assistent vəzifəsində çalışır.
2009-cu ildən Azərbaycan Respublikası DİN-nin A.Heydərov adına Respublika Hospitalın Urologiya şöbəsinin həkim konsultant vəzifəsində çalışır.
Dəfələrlə Avstriya, Almaniya, Türkiyə, Çexiya ölkələrinin ən qabaqçıl Klinikalarında təkmilləşdirilmə kurslarında, konfranslarında iştirak edib.
Yusifov Emil Dilavər oğlu
1995 ci ildə 291N-li Bakı Ekologiya Liseyinin məzunu olmuşdur.
1995-2002-ci illərdə Azərbaycan Tibb Universitetinin Mualicə-profilaktika fakültəsini bitirmişdir.
2001-2002 - ci illərdə Respublika Klinik Xəstəxanasının Oftalmologiya şöbəsində internatura keçmişdir.
2006-2012-ci illərdə Türkiyə Cumhuriyyətinin Ege Universiteti Tibb Fakültəsində Oftalmologiya üzrə rezidentura keçmişdir.
2003-2004-cü illərdə Mərkəzi Klinik Xəstəxanasında Həkim Oftalmoloq işləmişdir.
2012-2013- cü illərdə Türkiyə Cumhuriyyətinin EgeGöz Klinikasında çalışmışdır.
2013-2014-cü illərdə Türkiyə Cumhuriyyətinin Dünya Göz Klinikasında çalışmışdır.
2014-cü ildən DİN Tibb İdarəsinin Respublika Hospitalında Həkim Oftalmoloq Məsləhətçi kimi çalışır.
Peşəkar bacarığı
• Qlaukoma cərrahiyyəsi- Nonpenetran glaukoma cərrahiyyəsi, trabekulektomiya, implant cərrahiyyələri (express shunt, Ahmed valve)
• Ön seqment cərrahiyyəsi- Fako, Femtosaniyyə Fako, EKKE, Pterigium cərrahiyyəsi, Ön vitrektomiya, Dikişli İOL
• Medikal retina- Refraktiv cərrahiyyə (SMİLE, LASEK, İLASİK, İCL implantasiyası, korneal ring), Korneal Crosslinking
• FFA, OCT, bütün növ laser müdaxilələri , ROP müayinəsi, intraokular inyeksiyalar.
• Çəpgözlük cərrahiyyəsi-Düz və obliq əzələ cərrahiyyəsi.
Əlaqə telefonları +994503311008
DİN-in Respublika Hospitalının Müalicə işləri üzrə rəis müavini, Kardioloq, tibb xidməti polkovnik, əməkdar həkim, tibb elmləri doktoru, professor Əlizadə İlqar Qulaməli oğlu.
1980-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunu Universitetinin Müalicə işi fakultəsini bitirmişdir.
1985-ci ildən Azərbaycan Respublikası DİN-nin A.Heydərov adına Respublika Hospitalın Kardioloqiya Şöbəsinin həkimi, 1988-ci ildən həmin şöbənin rəisi vəzifəsində çalışır.
1991-ci ildə Seçenov adına Moskva Tibb Akademiyasında “Hipertoniya xəstəliyinin-kompleks müalicəsində immun sisteminin göstəricilərini nəzərə alaraq plazmaferezin istifadə olunması” mövzusunda namizədlik dissertasiyasının müvəffəqiyyətlə müdafiə etmişdir. Ekstrakorporal müalicə üsulları və immun sisteminin öyrənilməsi, ümumən, kardiologiyanın bir çox aktual elmi problemlərinə dair ciddi tədqiqatlar aparmış prof. İ.Əlizadənin 1996-cı ildə müvəffəqiyyətlə müdafiə etdiyi “Hipertoniya xəstəliyinin kompleks müalicəsində ekstrakorporal müalicə üsulları” mövzusunda doktorluq dissertasiyası da hipertoniya xəstəliyinin müalicəsində yeni elmi naliyyətlərlə zənginləşdirən qiymətli tədqiqat kimi kardiologiyanın öyrənilməmiş bir sahəsinin inkişafına vacib elmi xidməti olmuşdur.
Prof.İ.Əlizadənin əmək fəaliyyəti bütünlüklə tibb, elm və təhsil ilə bağlıdır. 1985-1988-ci illərdə Azərbaycan Respublikasının DİN-nin hospitalının həkimi, 1988-ci ildən hospitalın kardiologiya şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Tibb xidməti polkovniki rütbəsindədir. Müharibə veteranıdır. 1991-ci ildə respublika ərazisinin bütövlüyü uğrunda Qarabağ döyüşlərini iştirakçısı olub. 2000-2017-ci illərdə Bakı Slavyan Universitetinin “Tibbi biliklərin əsasları və mülkü müdafiə” kafedrasınnın əvəzçiliklə professoru olmuşdur.
260-dan çox nəşr edilmiş elmi işin, 3 ixtiranın, 9-dan artıq kitab və monoqrafiyaların, 5 lüğətin, 4 elmi iş toplusunun, 2 metodik tədris vsəaitinin, 18 metodik tövsiyənin müəllifi olan İ.Əlizadə 1996-cı ildən “Heart Friendes Around the World” Beynəlxalq İtaliya Kardioloqlar Cəmiyyətinin, 2004-cü ildən Nyu-York Elmlər Akademiyasının, 2004-cü ildən “İnternational Academy of Cardiovascular Sciences” Beynəlxalq Kanada Ürək-Damar Elmlər Akademiyasının, 2008-ci ildən “Türk Kardioloji Yeterlilik Kutulu” Türkiyə Kardioloqlar Cəmiyyətinin, 2009-cu ildən “European Society of Cardiology” Avropa kardioloqlar səmiyyətinin üzvüdür. 2001-ci ildə maarifçilik və elmin təbliği sahəsində xidmətinə görə akademik Yusif Məmmədəliyev adına medalla təltif edilmişdir. 2002-ci idə Azərbaycan Respublikasının “Əməkdar həkim” fəxri adına layiq görülmüşdür. 2017-ci ildən DİN-in Respublika Hospitalının Müalicə İşləri üzrə rəis müavini vəzifəsində çalışmışdır. Hal-hazırda DİN-in Respublika Hospitalının məsləhətçi həkim-kardioloqudur.
Baki şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069
E-poçt: hospital@mia.gov.az