Baki şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069
AZ RU EN

Ürək ağrılarının təzahür formaları

02.12.2019

Hospitalımızın kardioloqu professor İlqar Əlizadə kardialogik sindromun ürək-damar sistemi xəstəlikləri zamanı xəstələrin əksəriyyətində rast gəlinən simptomlar toplusu olduğununu bildirir. O qeyd edir ki, ürək xəstələrində ağrıların təzahür forması müxtəlif olur:

Zəif xoşagəlməz;
Əzabverici;
Dözülməz;
Deşici, kəsici;
Sıxıcı, yandırıcı;
Bərk yad cismin əzməsi.

Çox zaman bu əlamətlərin bir-neçəsi eyni xəstədə baş verə bilir. Ağrıların lokalizasiyası da olduqca fərqli olur. Ağrılar adətən, ürəyin zirvə nahiyəsində olsalar da körpücükaltı, parastenal, hətta döş sümüyünün arxasında da hiss edilə bilər. Xəstələrin bir çoxu ağrını ürəyin arxa proyeksiyasında, sol kürəkaltı və ya kürəkarası nahiyədə hiss edirlər. Ağrılar bəzən bir-neçə saniyə gəlib keçən ağrı, bəzən isə saatlarla göynədici, dartıcı, təzyiqlə sıxıcı ağrılar baş verir. Ağrılar bəzən tutmaşəkilli də ola bilir. Xəstələrdə ürəkdöyünmə və aritmiyalar da müşayiət edilir. Ürəkdöyünmə həyəcanlanma, bəzən hətta sakitlik dövründə də baş verir. Əsasən fiziki iş, gərginlik, kofe, spirtli içki qəbulu zamanı ürəkdöyünmələrin sayı artır. Ürək xəstəliklərinin əlamətlərindən biri də tənəffüs pozğunluğudur. Belə xəstələr fiziki gərginlik zamanı, hündürlüyə qalxan zaman onlarda təngnəfəslik meydana çıxır.

Fotoqalereya

Uğurlu keçirilən əməliyyatlar

ƏLAQƏ

Baki şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069

E-poçt: hospital@mia.gov.az