Bakı şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069
AZ RU EN

Sosial fobiya nədir?

20.11.2019

Sosial fobiya fərdin ictimai yerlərdə diqqət mərkəzində olub, bu zaman çıxılmaz, gülünc və alçalmış vəziyyətə düşəcəyi və ətrafdakılar tərəfindən müzakirə obyektinə çevriləcəyi qorxusudur. Bu qorxunun nəticəsində sosial fobiyası olan insanlar ictimai yerlərdən qaçış davranışı nümayiş etdirirlər.
Sosial fobiyanın ən çox yaşandığı situasiyalar aşağıdakılardır:

Yeni insanlarla tanışlıq;
İnsanlar içərisində danışmaq, fikrini ifadə etmək, etirazını bildirmək, özünü müdafiə etmək;
Kütlə qarşısında çıxış etmək;
Rəhbərliklə ünsiyyət ;
Yaxın olmayan insanlara xahişlə müraciət etmək;

İctimai yerlərdə müxtəlif fəaliyyətlərlə məşgul olmaq. Bura insanlar içərisində yemək yemək, restoranda özünə quluq etmək, satıcıya müraciət etmək, aldığı malı geri qaytarmaq və s. fəaliyyətlər daxildir.
Sosial fobiya üzün qızarması, ürəyin tez-tez döyünməsi, təngnəfəslik, nitqin tutulması, əllərin əsməsi, titrəmə və s. fiziki əlamətlərlə yanaşı, ətrafdakıların onların özlərində hiss etdikləri qorxu həyəcan və yetərsizlik hissini duyacaqları qorxusu ilə təzahür edir.
Sosial fobiyası olan insanların müalicəsində ən effektiv koqnitiv-bihevioral terapiya hesab olunur. Koqnitiv-bihevioral terapiya texnikaları ilə qeyd etdiyimiz cəhətlər yenidən modifikasi olunaraq bu insanların yaşadıqları qorxu minumuma endirilir və bu qorxunu idarə etməklərinə nail olunur.

Yuxarıda qeyd olunan hallar sizdə baş verirsə, hospitalımızın psixoloqu Şəhrizad İmanovaya müraciət edə bilərsiniz.

Fotoqalereya

Uğurlu keçirilən əməliyyatlar

ƏLAQƏ

Baki şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069

E-poçt: hospital@mia.gov.az