Bakı şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069
AZ RU EN

Lordoz nədir?

29.10.2019

Lordoz onurğa sütununun önə doğru əyilməsi səbəbindən meydana çıxan bir vəziyyətdir. Bu xəstəlik zamanı xəstənin duruşundakı fərqlilik gözlə görüləcək qədər nəzərə çarpır. Bu bir növ duruş pozunuqluğudur. Onurğanın bu vəziyyətə düşməsi hamiləlik zamanı, qocalıqda, kökəldikdə meydana çıxa bilir. Lordoza bəzən üzgüçülüklə məşğul olan adamlarda da rast gəlmək olar. Lordoz həddindən çox nəzərə çarpacaq qədər inkişaf etdikdə hiperlordoz adlanır. Bu xəstəliyin hansı səbəbdən əmələ gəlməsi dəqiq araşdırılmalı və aradan qaldırılımalıdır.

Hiperlordoz onurğada əmələ gəldiyi yerə uyğun olaraq formalaşır. Xəstəlik onurğa boyunca 4 hissədən baş verə bilir. Onurğanın duruşundan asılı olaraq 4 cür əyilmə müşahidə edilə bilir. Patologiyasının inkişaf etməsində aşağıdakıların rolu var:

düzgün durmamaq, stolda və partada əyilib oturmaq;
kürək əzələsinin zəifləməsi;
boyun həddindən çox uzanması;
raxitlik;
vərəm;
polimielit;
onurğanın anadangəlmə anomaliyası.

Lordoz dairəvi onurğa, düz onurğa, yarıməyri şəkilli onurğa, skolioz, kifoz şəklində inkişaf edə bilir. Xəstəlik nadir hallarda anadangəlmə olur. Əsasən lordoz onurğanın müxtəlif xəstəlikləri və müxtəlif travmalar səbəbindən əmələ gəlir.

Fotoqalereya

Uğurlu keçirilən əməliyyatlar

ƏLAQƏ

Baki şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069

E-poçt: hospital@mia.gov.az