Bakı şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069
AZ RU EN

Kartofun inanılmaz faydaları

11.11.2019

Hospitalımızın dietoloqu dr. Xəyalə Nağıyeva bu dəfə kartofun faydalarından danışdı.
Gündəlik həyatımızda ən çox istifadə etdiyimiz kartof həm dadlı, həm də faydalıdır. B tərəvəzin tərkibində C, B qrup, PP, E vitaminləri, karotin, fol turşusu, nişasta, pektin maddələri, sellüloz, maqnezium, fosfor, kalium, kalsium və dəmir var.

Kartof nişastası qanda və qaraciyərdə xolestrolun səviyyəsini azaldır;
Tərkibindəki kalium sayəsində orqanizmdən artıq maye və duzlar xaric olunur. Arterial təzyiqin artmasının qarşısını alır, beləliklə ürək-damar sisteminə və böyrəklərə müsbət təsir göstərir;
Kalsium və fosfor sümüklərin formalaşmasına yaxşı təsir edir;
B qrup vitaminləri, PP vitamini sinir sisteminə çox faydalıdır;
C vitamini və fol turşusu isə öz növbəsində immun sistemini möhkəmlədir;
Sellüloz və pektin maddələri ilə zəngin olan kartof bağırsaqların fəaliyyətini yaxşılaşdırır.

Kartofu istər çiy, istər bişmiş, istərsədə şirə formasında qəbul etmək çox faydalıdır. Məsələn: Çiy kartofun şirəsi mədə və 12 barmaq bağırsağı xəstəlikləri zamanı effektiv müalicə vasitəsidir. Kartofun şirəsini xroniki qəbizlik zamanıda içmək məsləhətdir. İshal zamanı isə suda qaynadılmış kartof effektlidir. Bununla yanaşı dermatologiyada kartof maskalarına xüsusi önəm verilir. Kartof maskası dərini elastik, hamar edir, xırda qırışları aradan qaldırır. Bu tərəvəz yanıqlar üçün də effektivdir.

Fotoqalereya

Uğurlu keçirilən əməliyyatlar

ƏLAQƏ

Baki şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069

E-poçt: hospital@mia.gov.az