Baki şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069
AZ RU EN

Hərəki dalğa elastoqrafiya - FibroSkan

04.12.2019

Statistik olaraq dünya əhalisinin 30% xroniki diffuz qaraciyər xəstəliklərindən əziyyət çəkir. Xəstəliyin proqnoz və adekvat müalicəsi üçün qaraciyərdə fibroz toxumanın müəyyənləşdirilməsi böyük kliniki əhəmiyyətə malikdir. Təəssüflər olsun ki, qaraciyərin standart müayinələri (labarator-ALT,AST və USM) qaraciyərdə fibrotik dəyişikliklərin dərəcəsini dəqiq müəyyənləşdirə bilmir.

Rusiyada rəsmi qeydiyatdan keçib sertifikatlaşdırılıb, dünya təcrübəsində praktiki olaraq kütləvi istifadə olunan qeyri invaziv metod - hərəki dalğa elastoqrafiya - FibroSkan qaraciyərdə fibroz toxumanın dərəcəsini müəyyənləşdirmək üçün optimal metoddur. FibroSkanı cərrahi qaraciyər biopsiyasının alternativi hesab etmək olar.Metod histoloji müayinələrin nəticələrinə əsaslanır. Standart ultrasəs müayinəyə bənzəyir və xüsusi hazırlıq tələb etmədən tamamilə zərərsiz metod olub, qeyri məhdud sayda müayinələrin aparılmasına imkan verir.

Metodun iş prinsipi toxumada dalğa tezliyini ölçməklə toxumanın sıxlığını və müvafiq olaraq fibrozun dərəcəsini müəyyən etməkdir.
-Məhdudiyətlər: ağır dərəcəli piylənmə, assit, döş qəfəsinin qeyri standart forması, hamiləlik.
-Göstərişlər: müxtəlif tip virus hepatitlər, piy hepatozu (distrofiya), alkaqol, steatohepatit, autoimmun xarakterli qaraciyər zədələnmələri, irsi genetik faktora bağlı qaraciyər xəstəlikləri, şəkərli diabet, endokrin pozğunluq, ateroskleroz, piylənmə, qanın biokimyəvi göstəricilər və o cümlədən qanda yüksək bilurubin.

Sağlamlığınızı hospitalımızın peşəkar həkimlərinə etibar edin!

Fotoqalereya

Uğurlu keçirilən əməliyyatlar

ƏLAQƏ

Baki şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069

E-poçt: hospital@mia.gov.az