Baki şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069
AZ RU EN

Xəstəliklərə şans verməyin

16.03.2020

 Qaraciyərin piylənməsi zamanı qara ciyərdə artıq piy yığını müşahidə olunur. Nəticədə burada iltihab yaranır və qara ciyərin hüceyrələri tədricən birləşdirici toxuma ilə əvəz olunmağa başlayır ki, buna "fibroz" deyilir. Bütün bu proseslər qara ciyərin funksiyalarını pozur. Qaraciyər insan üçün çox vacib orqandır. Bu daxili orqanımızda olan pozulmalar bütün orqanizmin fəaliyyətinə mənfi təsir edir.

Xoşbəxtlikdən, bu orqanımız yüksək özünü bərpaetmə xüsusiyyətlərinə malikdir. Müəyyən pəhriz və müalicə tədbirləri qara ciyərin piylənməsini dayandıra bilər, qara ciyər öz funksiyalarını bərpa edə bilər. Lakin gecikmiş mərhələlərdə qara ciyərin piylənməsi fonunda xroniki hepatit (qara ciyərin iltihabı), sirroz və qara ciyərin xərçəngi inkişaf edə bilər.

Bu kimi fəsadları vaxtında aradan qaldırmaq üçün Hospitalımıza müraciət edə bilərsiniz

Fotoqalereya

Uğurlu keçirilən əməliyyatlar

ƏLAQƏ

Baki şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069

E-poçt: hospital@mia.gov.az