Baki şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069
AZ RU EN

Zob xəstəliyi nədir?

22.05.2020

Hospitalımızın həkim-endokrinoloqu Ayna Süleymanovanın zob xəstəliyi haqqında verdiyi məlumatları sizinlə bölüşürük
⠀⠀⠀
Qalxanabənzər vəzi boynun önündə 20-25 qram ağırlığında olan kiçik, amma eyni zamanda insan orqanizmin ən böyük daxili sekresiya vəzisidir. Sağlam qalxanabənzər vəzi orqanizm üçün çox əhəmiyyətli hormonlar istehsal edir. Bu vəz bizim enerji depomuz və çox vacib bir orqanımızdır.

El arasında qalxanvari vəzin bütün xəstəliklərinə zob deyilir. Amma əslində zob xəstəliyi qalxanabənzər vəzin xərçəng xaric böyüməsini ifadə edən bir əlamətdir.
Zob xəstəliyinin geniş çeşidli əlamətləri vardır. Vəzin funksional vəziyyətindən asılı olaraq bu əlamətlər dəyişir. Vəz yüksək fəaliyyət göstərdikdə hipetireoz yaranır. Bunu pasiyentlərə çox zaman zəhərli zob kimi təqdim edirlər. Hormon sintezi zəif olduqda isə, əksinə hormonal çatışmazlıq, yani hipotireoz yaranır.

Bəzən hormon tarazlığı pozulmur, lakin xəstədə düyünlər aşkarlanır. Böyümüş düyün kosmetik defektlə yanaşı xəstədə nəfəs yollarını, yemək borusunu sıxaraq müxtəlif şikayətlərin yaranmasına səbəb ola bilər.
Qalxanabənzər vəzin xəstəliklərinin düzgün diaqnostika və müalicəsi üçün həkim-endokrinoloqa müraciət etmək lazımdır.

Fotoqalereya

Uğurlu keçirilən əməliyyatlar

ƏLAQƏ

Baki şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069

E-poçt: hospital@mia.gov.az