Bakı şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069
AZ RU EN

Psixoloq dəstəyi

10.11.2020

Bu gün bütün dünyanın bir nömrəli bəlasına çevrilmiş COVİD-19-yeni növ koronovirus pandemiyası bizim ölkədən də yan keçmədi. Koronavirus pandemiyası gündəlik həyatda ciddi pozuntulara səbəb oldu və uşaqlar bu dəyişiklikləri dərindən hiss edirlər. Uşaqların özlərini və başqalarını qorumaq üçün çox şey edə biləcəyini vurğulamaq vacibdir.
⠀⠀⠀
Onları sosial məsafə anlayışı ilə tanış edin. (dostları ilə fiziki məsafə saxlamağı, böyük izdihamlardan uzaq durmağı, ehtiyac olmadıqda insanlara toxunmamağı və s.)
Övladlarınızın məktəbə qayıtdığı zaman üzləşə biləcəyi bəzi çətinliklərdə onlara kömək etməlisiniz. Uşaqlar və xüsusilə də bir neçə ay ərzində evdə təhsil almış şagirdlər, məktəbə qayıdışla bağlı əsəbilik və könülsüzlük hissləri keçirə bilər. Ona görə uşaqların narahatlıqlarına mütləq qulaq asın və yaş həddinə uyğun olaraq suallarına cavab verin, onları həddən artıq çox informasiya ilə yükləməyin. Uşaqları hisslərini ifadə etməyə və çatdırmağa təşviq edin.
Onlarla birlikdə yaşaya biləcəyi müxtəlif hissləri müzakirə edin və bunların anormal vəziyyətə normal reaksiyalar olduğunu izah edin.
Uşaqlar üçün də məktəbdə oxuyarkən dostlardan və müəllimlərdən fiziki olaraq uzaq qalmaq çətin ola bilər. Siz onları ünsiyyət qurmaq və əlaqə saxlamaq məqsədilə digər yollar barədə düşünməyə həvəsləndirə bilərsiniz.
Onların emosiyaları mütəmadi olaraq dəyişəcək və siz bunun normal olduğunu onlara göstərməlisiniz. Uşaqlar həyatlarında emosional siqnalları tez-tez valideynlər və müəllimlər də daxil olmaqla onlar üçün əsas sayılan böyüklərdən qəbul edirlər, odur ki, böyüklərin öz emosiyalarını yaxşı idarə etməsi və sakit qalması, uşaqların narahatlıqlarına qulaq asması, mehriban danışması və onları sakitləşdirməsi vacibdir. Siz, övladınızı narahat edən nə varsa, o haqda açıq söhbət aparmaqla və övladınıza narahatlığın təbii bir hiss olduğunu bildirməklə onu sakitləşdirə bilərsiniz.
⠀⠀⠀
Psixi pozuntularla bağlı @dr.mustafayeva_shahla müraciət edə bilərsiniz.

Fotoqalereya

Uğurlu keçirilən əməliyyatlar

ƏLAQƏ

Baki şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069

E-poçt: hospital@mia.gov.az