Bakı şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069
AZ RU EN

Həkim dermatoloq Dr. Mehriban Almazova

25.11.2020

Hospitalımızın həkim dermatoloqu Dr. Mehriban Almazova yayın qızmar günəş şüalarından sonra zərər görmüş dərimizə qulluq qaydaları haqqında məlumat verdi.

Qızmar yay günəşi az və ya çox dərəcədə hər birimizin cildində (daha çox üz, əllər, boyun və dekolte hissədə) neqativ izini qoymuş olur. Bu neqativ nəticələri aradan qaldırmaq üçün dəriyə tipinə uyğun olaraq baxım və digər prosedurlar mütləqdir.

Bəs hansı neqativ nəticələr daha çox narahatlıq yaratmalıdır? Dərimizdə olan matlıq, susuzluq, yeni əmələ gələn mimiki qırışlar və ya köhnə qırışların dərinləşməsi və s. Əgər bu problemlərin həllinə istiqamətlənmiş prosedurlar icra olunmazsa, gələcəkdə daha qalıcı problemlərlə üzləşmiş olarıq. Prosedurlar həm ev, həm də klinika daxilində aparıla bilər.

Dərinin mütləq ölü hüceyrələrdən təmizlənməsi
Təmizlənmiş dərinin dərindən nəmləndirilməsi
Baxmayaraq ki, yay fəsli bitib SPF 30+ kremlərin istifadəsinə davam etmək olar.

Fotoqalereya

Uğurlu keçirilən əməliyyatlar

ƏLAQƏ

Baki şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069

E-poçt: hospital@mia.gov.az