Bakı şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069
AZ RU EN

Hospitalımızın həkim dermatoloqu Dr. Mehriban Almazova dəri qulluğu və onun aradan qaldırılması haqqında məlumat verdi.

18.03.2021

Dəri quruluğu tibbi adı ilə kserozis adlanır və dərimizin ən üst qatı olan epidermisdə yetəri qədər su olmaması nəticəsində ortaya çıxır. Dəri quruluğuna həm ekzogen, (xarici) həm də endogen (daxili) faktorlar səbəb ola bilər.

Xarici səbəblər:

- Çox isti və çox soyuq hava, nəmlik dərəcəsinin az olduğu hava şərtləri;
- Soyuq havalarda isitmə sistemləri;
- Tez-tez isti duş qəbul etmək;
- Gündəlik su qəbulunun az olması;
- Dəri quruluğuna səbəb ola bilən bəzi dermatozlar;
- Bəzi dərman preparatları;
- Yaş faktoru. 40 yaşından sonra gəncələrə görə yağ vəziləri daha az yağ sintez etdiyindən dəri quruluğu bu fərdlərdə daha çox olur;
- Bəzi avitaminozlar və s.

Dəri quruluğunu azaltmaq üçün Profilaktik tədbirlər aşağıdakılardır:

Gündəlik su qəbulunu çəkiyə uyğun olaraq 2-3 litrə çatdırmaq;
Nəmləndirici kremlərin isrifadəsini həyat tərzinə çevirmək;
Su ilə kontaktı minimuma endirmək;
İsti su ilə kontaktdan qaçınmaq və s.

Fotoqalereya

Uğurlu keçirilən əməliyyatlar

ƏLAQƏ

Baki şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069

E-poçt: hospital@mia.gov.az