04.03.2021
Hospitalın cərrahiyyə şöbəsində aparılan açıq və laparoskopik cərrahiyyə əməliyyatlarından bəzilərini təqdim edirik:
Qaraciyərin yeni törəmələri (bəd xassəli şişlər, exinokokk sistləri, abseslər və s.) zamanı aparılan açıq və laparoskopik cərrahiyyə əməliyyatları.
Qaraciyərin bədxassəli törəmələrinin radiotezlikli ablasiyası.
Öd daşı xəstəliyi və onun ağırlaşmalarının (xoledoxolitiaz, mexaniki sarılıq, kəskin forma xolesistitlər) açıq və laparoskopik üsulla cərrahi müalicəsi.
Laparoskopik appendektomiya.
Döş qəfəsində, divar aralığında, ağ ciyərlər üzərində aparılan açıq və laparoskopik cərrahiyyə əməliyyatları.
Qalxanabənzər vəzin tam və hissəvi çıxarılması.
Abdominoplastika.