31.08.2021
A vitamini çatışmazlığı toyuq korluğu xəstəliyi, spermatogenezin pozğunluğu, dərinin buynuz təbəqəsinin və selikli qişaların zədələnməsi və quruması, arıqlama kimi mənfi hallara səbəb olur. Bütün meyvə və tərəvəzlərdə karotin tapa bilərik ki, bu da güclü antioksidantdır, xərçəngin yaranmasında böyük rol oynayan sərbəst radikalların kənarlaşdırılmasına səbəb olur. Karotin dərini və əzələləri qoruyur, ağız boşluğu, mədə, yoğun bağırsaq və uşaqlıq boynu xərçənginin qarşısını alır.