29.06.2021
Öd daşı xəstəliyi – öd kisəsində və öd axarlarında daşların yaranması ilə xarakterizə olunur. Birinci halda xəstəlik xolesistolitiaz, ikinci forma isə xoledoxolitiaz adlanır. Öddə olan çöküntülər zamanla böyüyərək, daşa çevrilir. Müasir təsnifata əsasən öd daşı xəstəliyi 3 dərəcəyə bölünür⤵️
⠀⠀⠀
Başlanğıc (daşa qədər). Ödün tərkibinin dəyişməsi ilə xarakterizə olunur. Klinik əlamətlər müşahidə edilmir. Xəstəlik yalnız ödün tərkibinin biokimyəvi analizində üzə çıxır.
Daşların formalaşması. Bu dövr adətən simptomsuz gedir. İnstrumental müayinələrdə öd kisəsində konkrementlər aşkarlana bilər.
Klinik təzahürlər. Kəskin və ya xroniki kalkulyoz xolesistitin inkişafı ilə səciyyələnir.
⠀⠀⠀
Bu kimi əməliyyatlarla bağlı DİN Hospitalının Cərrahiyyə şöbəsinə ümumi Cərrah Dr. Rövşən Ağamirova müraciət edə bilərsiniz.