Baki şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069
AZ RU EN

Uşaqlarınızın sağlamlığını peşakarlara etibar edin!

15.10.2018


Məktəb başlayıb və valideynlərin bir çoxu uşaqlarının -fikrinin tez yayındığını
-dərsə maraq göstərmədiyini
-dərsi dinləmədiyini
-hiperaktiv olduğunu
- izah edilənləri yadda saxlamadığını deyir.
Bu zaman dərhal uşaqın nevroloji problemlərinin olduğunu və ya sadəcə “tənbəl” olduğunu düşünürük. Amma bunun səbəbi övladınızın ÖYRƏNMƏ FORMASI ilə əlaqədar ola bilər.

İnsanların beyni ümumilikdə 3 formada qavrama qabiliyyətinə malikdir eşidərək, görərək və ya toxunaraq.Amma hər bir insanda bu 3 faktordan biri daha çox ön plana çıxır. Yəni bəzi insanlar gördüyünü, bəzi insanlar eşitdiyini,bəzi insanlar isə toxunaraq hiss etdiyini daha yaxşı yadında saxlayır. Əgər övladınızın öyrənmə formasını alaniz edib aydınlaşdırsanız, ona uyğun dərs oxuma strategiyasını müəyyənləşdirərək həm dərsə daha həvəslə yanaşmasına həmdə daha müvəffəqiyyətli olmasına nail ola bilərsiniz.
Qeyd etmək lazımdırki, dünyada bəzi tədris ocaqlarında öyrənmə formalarına görə uşaqları hətta qruplaşdırıb onlara uyğun metodikaları seçirlər.

Bu barədə daha ətraflı məlumat verəcəyik və sizdə özünüz evdə həm özünüzün həmdə övladınızın öyrənmə formasını müəyyənləşdirə bilərsiniz.Bunları bilmək sadəcə öyrənməyə deyil həmdə insanlarla daha yaxşı ünsiyyət qurmağa kömək edəcək.

Sağlamlığınızı peşəkarlara etibar edin!

Fotoqalereya

Uğurlu keçirilən əməliyyatlar

ƏLAQƏ

Baki şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069

E-poçt: hospital@mia.gov.az