15.11.2018
Nefroloq aşağıda qeyd olunan xəstəlikləri müalicə edir:
- Kəskin və xroniki böyrək çatışmazlığı;
- Kəskin və xroniki qlomerulonefrit;
- Kəskin və xroniki pielonefrit;
- Aşağı sidik yollarının iltihabi xəstəlikləri (Sistit);
- Kəskin və xroniki interstisial nefrit;
- Böyrəkdaşı xəstəliyi;
- Böyrək polikistozu;
- Şəkərli diabet böyrək zədələnməsi ilə;
- Hipertoniya xəstəliyi böyrək zədələnməsi ilə;
- Ürəyin işemik xəstəliyi böyrək zədələnməsi ilə;
- Podaqrik nefropatiya;
- Böyrəklərin amiloidozu;
- Hamiləlik zamanı böyrəklərin iltihabi xəstəlikləri;
- Hamiləlik nefropatiyası;
- Endokrinoloji, infeksion, qan xəstəliklərində, vaskulitlər, kollaqenozlarda böyrək zədələnməsi;
- Hemodializ (İlkin hemodializ, Proqram hemodializ).
İlkin müayinə 4 mərhələdə aparılır:
1️⃣️️ Böyrəklərin USM-i;
2️⃣ Qanın ümumi analizi;
3️⃣ Sidiyin ümumi analizi;
4️⃣ Qanda kreatinin, sidik cövhəri, sidik turşusu, xolesterin.
Risk qrupu xəstəliklər: Şəkərli diabet, Hipertoniya xəstəliyi, Ürəyin işemik xəstəliyi, Piylənmə, Podaqra, Böyrək daşı xəstəliyi, Böyrəklərin və aşağı sidik yollarının xroniki iltihabi xəstəlikləri.