19.12.2018
Sarımsağın faydaları:
-Sarımsaq immun sistemini gücləndirir.
-Mikrob və virus əleyhinə təsirə malikdir.
-Bağırsaqlarda gedən çürümə və qıcqırma proseslərinə fəal mübarizə aparır, bağırsaqlarda yaşayan ziyanlı mikroblar və bakteriyaları məhv edir.
-Orqanizmdə yaşayan parazit qurdları məhv edir.
-Orqanizmi pis xolesterindən təmizləyir, damarlarda xolesterinin yığılmasına mane olur, damarları təmizləyir, onların elastikliyini artırır.
-Qanın laxtalanma proseslərini normallaşdırır, trombların əmələ gəlməsinə mane olur.
-Arterial təzyiqi və qanda şəkərin səviyyəsini aşağı salır.
-Sinir hüceyrələrini dağılmaqdan qoruyur və beyni cavanlaşdırır.
-Saç tökülməsi sıxıntısını aradan qaldıracaq və saçların parlaq olmasını təmin edəcək.
-Zəhərlənmə kimi vəziyyətlərdə sarımsaq udmaq fayda verəcək.
-Sarımsaq udmaq insanlarda ağciyər bronxlarının açılmasına yardımçı olur. Açılan bronxlar sayəsində daha rahat nəfəs alınıb veriləcək.
-Soyuqdəymə, qrip və difteriya kimi xəstəliklərin sağalmasında əla vasitədir.
-Qəbizlik problemi olan insanlar üçün hər gün gecə yatmazdan əvvəl bir diş sarımsaq udulması təklif edilir. Bu sayədə bağırsaqlarda olan parazitlərin də yox olması təmin olunacaq.
-Hər gün nizamlı olaraq sarımsaq udmaq xərçəng riskini azaldır.
-Təbii bir dərman olaraq görülən sarımsaq bədənin ehtiyacı olan mineral və vitamini ödəyəcək xarakter daşıyır.
-Orqanizmdə olan yaraların sürətli bir şəkildə yaxşılaşmasını təmin edir və dəridə olan problemləri aradan qaldırır. Xüsusən gənclərdə çox görülən sızanaq kimi dəri problemlərini yaxşılaşdırır.