Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalı

STOMATOLOJİ MƏRKƏZ

 Terapevtik stomatologiya: Ağız boşluğu və dişlərin müxtəlif xəstəlikləri, funksional və anatomik pozğunluqların (defektlərin) profilaktikası və müalicəsi, əmələ gələn qüsurların bərpası və dişlərin müalicəsi ilə məşğul olan stomatologiya sahəsidir.
Endodontiya: Diş pulpasında əmələ gələn xəstəliklərin (pulpit, periodontit və s.) müalicəsi ilə məşgul olan terapevtik stomatologiyanın bir sahəsidir.

Ortopedik stomatologiya: Diş-çənə sisteminin inkişaf anomaliyalarının, qüsurlarının, anatomik və funksional pozğunluqlarının xüsusi üsullarla profilaktika və müalicəsi ilə məşğul olan stomatologiya sahəsidir. Müasir ortopedik stomatologiya öz inkişafını ibtidai diş-protez texnikasından götürmüşdür.Ortopedik stomatologiyada tədbiq olunan diş protezləri, diş cərgəsinin qüsurlarının həm anatomik formasını, həm də onun funksiyasını bərpa edir.

Uşaq stomatologiyası: Süd dişləri və qarışıq dişləm əsnasında əmələ gələn xəstəliklərin profilaktikası və müalicəsi ilə məşğul olan stomatologiya sahəsidir.

Ortodontiya: Ortodontiya diş sıralarının anomaliyalarının müalicəsi ilə məşğul olan ortopedik stomatologiyanın ixtisaslaşmış sahəsidir.

Parodontologiya: Dişətrafı toxumaların xəstəliklərinin profilaktikası, müalicəsi və bərpası ilə məşğul olan stomatologiya sahəsidir.

Ağız və üz-çənə cərrahiyyəsi  ilə doğuşdan və ya sonradan yaranan pozğunluqlar müvəffəqiyyətlə aradan qaldırılır. Həm cərrahı üsulların, həm də istifadə edilən cihazların inkişafı əməliyyatların etibarlılığını  artırır.

Ağız və üz-çənə cərrahiyyəsi (beynəlxalq adı ilə "Oral və maksillofasiyal cərrahiyyə") son illərdə tibbin ən çox inkişaf edən sahələrdən biri olaraq qəbul edilir. Ağız və üz-çənə cərrahiyyəsinə aiddir:

  • çənə oynağı və üz ağrıları;
  • diş implantları;
  • travma və şişlərlə bağlı çənə problemlərinin  düzəldilməsi;
  • dodaqda və damaqda olan anadangəlmə qüsurlar;
  • retensiya olmuş dişlər;
  • kist əməliyyatları
  • üz-çənə nahiyyəsinin yumşaq toxumalarının zədələnməsi və s.

Ç ənə və üzdə olan estetik pozğunluqlar doğuşdan ola bildiyi kimi, qəzalara və ya xəstəliklərə bağlı olaraq sonradan da ortaya çıxa bilər. Alt çənə ilə üst çənənin bir-birinə və üzə görə uyğun olmaması xəstələrdə həm estetik, həm də funksional narahatlıqlara gətirib çıxardır. Alt və ya üst çənənin bir-birinə görə qısa və ya uzun olması, sifətin normaldan çox uzun olması və ya qısa olması tez-tez gördüyümüz problemlər arasındadır. Qabaq dişlərin qapanmamasına yol açan çənə funksiya pozğunluğu, alt çənənin normal olmayan vəziyyətləri, üst çənənin anomaliyasına bağlı olaraq diş ətlərinin gülərkən çox görünməsi, çənə ucunun estetik pozğunluqları da cərrahi əməliyyatlarla düzəldilir.
Bu tip problemləri olan insanlar çeynəmə və danışmada problemlər yaşayırlar. İndiki vaxtda inkişaf edən texnologiya ilə bu pozğunluqların düzəldilməsi asanlaşmışdır. Həm cərrahi taktikanın, həm də istifadə edilən cihazların son illərdəki inkişafı bu əməliyyatların müvəffəqiyyətini və etibarlılığını artırmışdır.

 Ən əhəmiyyətli inkişaf, distraksiyon osteogenezisi deyilən sümük uzatma texnikasının çənə cərrahiyəsində istifadə edilməsidir. Bu üsulla uşaqlardakı anadangəlmə çənə qısalıqları və sifətin qeyri-kafi inkişafı düzəldilə bildiyi kimi, şiş və qəza nəticəsində böyük sümük itkiləri müalicə edilə bilər. Bu metodun ən əhəmiyyətli üstünlükləri, asan və təhlükəsiz həyata keçirilməsi və bədənin başqa bir yerindən sümük alınmasına ehtiyacın olunmamasıdır. Bu üsulda dəri və əzələlər də sümüklə birlikdə uzanaraq formalaşır. Sümük uzatma üsulu ilə böyük çənə anomaliyaları düzəldilə bildiyi kimi, diş implantlarının tətbiqinə mümkün olmayan çənə sümüyünün artrofiyası da müalicə edilə bilməkdədir. Zamanla azalan sümük miqdarı diş protezlerinin tətbiqini çətinləşdirməkdədir. Ağız və üz-çənə cərrahiyyəsinin tətbiqi həm bu tip problemləri, həm də implant tətbiqləri ilə dişsizlik problemini ortadan qaldırmaqdadır.

Hal-hazıda ağız və üz-çənə cərrahiyyəsində implantologiya geniş vüsət almışdır.
Diş implantasiyasına (hər növ implantlar üçün) ümumi göstəriş:

  • Ön hissədə dişlərdən birinin olmaması
  • Diş sırasının deffektləri
  • Diş sırasının bir və iki tərəfli sonsuz qüsurları
  • Dişlərin tamamilə olmaması, xüsusən alveolyar çıxıntıların hündürlüyünün azalmasında
  • Akriatlara qarşı yüksək həssaslıq, yaxud qusma refleksi ilə nəticələnən çıxma protezləri götürə bilməmək.
  • Funksional okklyuziyanın olmaması və nəticədə disfunksiyanın, ağrı sindromunun əmələ gəlməsi

Sinus liftinq – Diş çəkimindən sonra uzun illər keçdiyinə görə təbii olaraq sümükdə yaranan dəyişikliyə görə implant qoymaq mümkün deyil?! Artıq bizdə sümük köçürülməsi ilə bu problemi həll etmək mümkündür. 





Çap et  Çap et