Kardiologiya şöbəsinin rəisi: Qasımov Sirac Eldəniz oğlu.
1999-2005-ci illərdə N.Nərimanov adına Azərbaycan Tibb Universitetini bitirmişdir.
2006-cı ildə C.Abdullayev adına Kardiologiya İnstitutunda internaturanı bitirərək kardioloq ixtisasını almışdır.
2007-ci ildə DİN-in Respublika Hospitalında Reanimasiya şöbəsində işə başlamış,
2009-cu ildən Kardiologiya şöbəsinin ordinatoru, 2011-ci ildən isə baş ordinator vəzifəsində işləyir. 2018-ci ildən Kardiologiya şöbəsinin rəisi vəzifəsində çalışır.
Dəfələrlə Türkiyə və Bakı şəhərinin qabaqcıl klinikalarında təcrübi kurs keçmiş, mütəxəssis-kardioloq.
Qarayeva Nigar Tələt qızı.
Kardiologiya şöbəsinin baş ordinatoru Tibb xidməti mayoru ,tibb elmləri namizədi
1979-1986 cı illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi ixtisası üzrə tam kursu bitirmişdir.
1988-ci ildən DİN-nin A.Heydərov adına hospitalında işləyir. 1992-ci ildə İ.M. Seçenov adina Moskva Tibb Akademiyasi nəzdində dissertasiya müdafiə edərək tibb elmləri namizədi dərəcəsi almişdır. 250-dən artiq nəşr edilmiş elmi işin və dörd ixtiranin müəllifidir. Bunlardan 5 lügət, 6 monoqrafiya, 3 elmi işlərin toplusu, 3 tədris vəsaiti, 2 metodik tədris vəsaiti, 18 metodik tövsiyyədir. 1996-ci ildən “Heart Friends Around the World” Beynəlxalq İtaliya Kardioloqlar Cəmiyyətinin,2002-ci ildən “İnternational Society of Hypertension” Beynəlxalq Hipertoniya Cəmiyyətinin, 2008-ci ildən “Türk Kardioloji Derneği” Türk Kardioloqlar Cəmiyyətinin üzvü, 2009-cu ildən “European Society of Cardiology “Avropa Kardioloqlar Cəmiyyətinin üzvü, 2009-cu ildən “Medical Womens İnternational Association” Beynəlxalq Həkim Qadinlar Cəmiyyətinin üzvüdür.
2001-ci ildə maarifçilik, elmin təbligi sahəsində xidmətlərinə görə Azərbaycan “Bilik” Cəmiyyətinin qərarina əsasən Akademik Yusif Məmmədəliyev adina medalla təltif olunmuşdur.
Doktor Qarayeva Nigar, tibb elmləri namizədi, tibb xidməti mayoru, kardiologiya şöbəsinin baş oirdinatoru hal hazırda DİN-nin hospitalında, kardiologiya şöbəsində öz fəaliyyətinə davam etməkdədir.
Kardiologiya şöbəsinin ordinatoru Məmmədov Elmar Bəhram oğlu.
1999-cu ildə Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakultəsini bitirmişdir.
1999-2000-ci illərdə C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya institutunda kardiologiya ixtisası üzrə internatura keçmişdir.
2000-2002-ci illərdə Füzuli bölgəsində hərbi həkim işləmişdir.
2002-2004-cü illərdə xarici özəl klinikalarda kardioloq işləmişdir.
2004-2009-cu illərdə Səudiyyə Ərəbistan Krallığının Mədinə şəhərində King Fahad xəstəxanasında kardioloq işləmişdir.
2009-cu ildən DİN-in A.Heydərov adına Mərkəzi Respublika hospitalında kardioloq kimi fəaliyyət göstərir. C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya institutun dissertantıdır.
Yusifov Kamil Dilavər oğlu.
2002-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2002-2003-cü illərdə otorinolarinqologiya ixtisası üzrə A.D. Məlikov adına 6№-lı Birləşmiş şəhər klinik xəstəxanasında internatura kursu keçmişdir.
2003-2005-ci illərdə Rusiya Federasiyasında Sankt-Peterburq Diplomsonrası Təhsil Tibb Akademiyasının otorinolarinqologiyada yüksək texnologiyalar kafedrasının kliniki ordinaturasında təhsil almışdır. 2005-ci ildə həmin kafedranın aspiranturasına daxil olmuş və elmi-praktiki fəaliyyətini Sankt-Peterburq qulaq-burun-boğaz Elmi-tədqiqat İnstitutunda davam etdirmişdir.
2007-ci ildə həmin institutda namizədlik dissertasiyasını uğurla müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
2008-2009-cu illərdə Bakı şəhərində N.Tusi adına klinikada həkim-otorinolarinqoloq vəzifəsində çalışmışdır. Fransa, Avstriya və Türkiyə Respublikasında ixtisasartırma kurslarında və konfranslarda iştirak etmişdir. 2009-cu ildən DİN-in Respublika Hospitalının otorinolarinqologiya şöbəsinin baş ordinatoru vəzifəsində çalışır.
2015-ci ildən DİN-in Respublika Hospitalının Otorinalarinqologiya şöbəsinin rəisi vəzifəsində çalışır.
Əhmədov İdrak
2006-cı ildə Azərbaycan Tibb Universitetini bitirib.
2006 - 2011-ci illərdə Moskva vilayəti Elmi-Tədqiqat Klinik İnstitunda həkim-ordinator və aspirant vəzifələrində işləmişdir.
2011-ci ildə Moskva LOR İnstitunda Qırtlaq şişlərinin mikroçərrahi müalicəsi mövzusunda elmi işi müdafiə edərək Rusiya Federasiyasında Tibb elmləri namizədi alimlik dərəcəsi qazanmışdir.
2012 - 2015 ci illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında həkim otorinolarinqoloq vəzifsində işləyib.
2014-cü ildə Ali Attestasiya Komissiyası tərəfindən Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
2014 - 2015 -ci illərdə Türkiyə Cümhuriyyətində Üz Plastik cərrahiyəsi və Uşaq otorinolaringologiyasi üzrə ixtisaslaşma kecmişdir. 27 elmi məqalənin müəllifidir, 20-dən artıq elmi-praktik konfransın iştirakçısı və məruzəcisi olmuşdur.
Əhədov Rüfət Fərhad oğlu.
Rüfət Əhədov 10.04.2012-ci il tarixdən DİN-in general-leytenant A.Heydərov adına respublika hospitalının hemodializ şöbəsinin rəisi vəzifəsində çalışır.
Mirzəyev Azər Əmrəli oğlu.
Tibb xidmətı kapitanı DİN-in A.Heydərov adına Respublika Hospitalının Hemodializ şöbəsinin həkim-nefroloqu.
1994-2001-cü ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini müvəffəqiyyətlə bitirmişdir. 2004-2006-cı illərdə “Reneks” ozəl tibb müəsissəsində hemodializ həkimi kimi fəaliyyət göstərdikdən sonra, 2006-cı ildən 2012-ci ilədək Bakı şəhəri M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasının Hemodializ şöbəsində şöbə müdiri vəzifəsində çalışmışdır.
2012-ci ilin oktyabr ayından DİN-in Respublika Hospitalında xidmət gostərir. Bir neçə elmi məqalənin müəllifidir. Dəfələrlə keçirilən yerli və beynəlxalq elmi konfransların iştirakçısı və məruzəçisi olmuşdur. Hal hazırda da elmi fəaliyyətini davam etdirməkdədir.
Nəzərov Yaşar Yəhya oğlu
1986- ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnistutunun II müalicə - proflaktika fakultəsini fərqlənmə diplomu ilə keçmişdir.
1986-1987- ci illərdə Azərbaycan Elmi – Təqdiqat Göz xəstəlikləri İnstitutunda 1 illik internatura kursu bitirmişdir.
1987-1992 – ci illərdə Salyan rayonlararası Göz xəstəxanasında həkim-oftolmoloq ixtisası üzrə işləmişdir.
1992- ci ildən DİN-nin A.Heydərov adına Respublika Hospitalında həkim-oftalmoloq vəzifəsində işləmişdir.
2008 – ci ildən həmin hospitalın Oftalomologiya Şöbəsinin rəisi vəzifəsində çalışır.
Tibb xidməti polkovnik-leytenantı İmanova Samirə Rafiq qızı.
Azərbaycan Respublikası DİN-nin A.Heydərov adına Respublika Hospitalın, Terapiya Şöbəsinin rəisi.
1990-cı ildə Azərbaycan Tibb Universitetinin 2-ci Müalicə-profilaktika fakultəsini bitirmişdir.
1990-1991-ci illində Bakı şəhəri Semaşko adına SKX-da internaura kursunu bitirmişdir.
1991-2006 – ci illərdə Azərbaycan Respublikası DİN-nin A.Heydərov adına Respublika Hospitalının Terapiya şöbəsində həkim-terapevt vəzifəsində, 2006-cı ildən isə həmin şöbənin rəisi vəzifəsində çalışır.
Bir necə elmi məqalələrin müəllifidir. 2009-2010 illərdə Rusiya Federasiyası, Moskva şəhərində, 2010-ci Bakıda Azərbaycan Dövlət Tibb Universitetinin Tibb jurnalında, 2013-cü ildə Bakıda keçirilən XIII Beynalxalq Avrasiya Cərrah və Qastroenteroloq konqresində elmi məqaləsi çap olunmuşdur. Qastroenteroloqların, Pulmanoloqların bir çox beynalxalq konfranslarının iştrakçısıdır.
Nəcəfov Ramil Aydın oğlu.
2004-ci ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakultəsini bitirmişdir.
2004-2007-cü illərdə Rusiya Federasiyasında Sankt-Peterburq Diplomsonrası Təhsil Tibb Akademiyasının travmatologiya və ortopediya kafedrasının kliniki ordinaturasında təhsil almışdır. 2007-ci ildə Sankt-Peterburq Dövlət Üniversitetinin qospital cərrahlığı kafedrasının aspiranturasına daxil olmuş və elmi-praktiki fəaliyyətini Sankt-Peterburq Dövlət Üniversitetində davam etdirmişdir. 2010-cu ildə həmin institutda namizədlik dissertasiyasını uğurla müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Rusiya, Macarıstan və Türkiyə Respublikasında ixtisasartırma kurslarında və konfranslarda iştirak etmişdir.
2011-ci ildən DİN-in Respublika Hospitalının travmatologiya şöbəsinin ordinatoru vəzifəsində çalışır.
2018-ci ildən DİN-in Respublika Hospitalının travmatologiya şöbəsinin rəisi vəzifəsində çalışır.
Tibb xidməti mayoru Quliyev Anar Bəşir oğlu.
2002-ci ildə Azərbaycan Tibb Universitetinin 1-ci Müalicə-profilaktika fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir.
2002-2003-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Travmatoloqiya və Ortopediya İnstitutunda internatura kursu keçmişdir.
2009-cu ildə Turkiyə Respublikasının İstanbul şəhərindəki “Memorial” hospitalında elmi-praktiki ixtisasartırma kursunu, 2011-cü ildə Turkiyə Respublikasının Adana şəhərindəki “Özəl Ortopediya” hospitalında Artroskopik cərrahiyyə və Oynaqların Endoprotezləşdirilməsi üzrə elmi-praktiki kursunu bitirmişdir.
Azərbaycan Travmatoloqlar və Ortopedlər Assosiyasiyasının (AzTOA) həqiqi üzvüdür. Hal-hazırda Azərbaycan Respublikası DİN-nin A.Heydərov adına Respublika Hospitalının, Travmatoloqiya Şöbəsinin baş ordinatoru vəzifəsində çalışır.
Hidayətova Zərəngül Hümmət qızı.
Azərbaycan Respublikası DİN-in A. Heydərov adına Respublika Hospitalının Klinik-diaqnostik laboratoriya Şöbəsinin rəisi.
1999-cu ildə Azərbaycan Tibb Universitetinin Tibbi-profilaktika fakültəsini, 1999-2000-ci ildə Oğuz rayon Mərkəzi xəstəxanasının laboratoriyasında internatura kursunu bitirmişdir.
2000-2003-ci ilə qədər Oğuz rayon Mərkəzi xəstəxanasının laboratoriyasında həkim-laborant, 2004-2006-ci illərdə Bakı şəhəri Göz xəstəxanasında həkim-laborant, 2007-2009-ci illərdə Bakı şəhəri Gözəllik İnstitututnda həkim-laborant, 2009-ci ildən DİN-in A. Heydərov adına Respublika Hospitalında baş ordinator işləmiş, 2014-ci ildən həmin laboratoriyanın rəisi vəzifəsində çalışır.
2001-ci ildə Bakı şəhəri Ağ-ciyər Xəstəlikləri İnstitutunda, 2004-ci ildə Bakı şəhəri Həkimləri Təkmilləşdirmə İnstitutunda, 2010-ci ildə Türkiyə-Memorial xəstəxanasında ixtisasartırma kursları keçmişdir.
2010-cu ildən Azərbaycan Tibb Universitetinin biokimya kafedrasının dissertantıdır.
Tibb xidməti mayoru Eyvazov İlqar Adil oğlu.
Azərbaycan Respublikası DİN-nin A.Heydərov adına Respublika Hospitalının, Anestizioloqiya-Əməliyyat Şöbəsinin baş ordinatoru.
1994-cü ildə Azərbaycan Tibb Universitetinin 2-ci Müalicə-profilaktika fakültəsini bitirmişdir.
1994-1995-ci illərdə Bakı şəhəri 1 saylı xəstəxanada anestizioloq - reanimatoloq ixtisası üzrə internatura keçmişdir.
1991-1997-ci illərdə Astara RMX-da həkim anestizioloq-reanimatoloq vəzifəsində çalışmışdır.
2000-ci ildən Azərbaycan Respublikası DİN-nin A.Heydərov adına Respublika Hospitalın Anestiziologiya-Əməliyyat Şöbəsində çalışır.
2012-ci ildə Türkiyədə və dəfələrlə Bakı şəhərinin aparıcı tibb müəssisələrində elmi təcrubi kurs keçmişdir.
2015-ci ildən Anestiziologiya-Əməliyyat Şöbəsinin rəisi vəzifəsində çalışır.
Həkim–anestezioloq. 2004-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin II müalicə-profilaktika fakültəsini bitirmişdir.
2004-2005 – ci illərdə Musa Nağıyev adına Təcili Tibbi yardım xəstəxanasında anesteziya ixtisası üzrə internatura kursunu keçmişdir.
2009-cu ildə DİN-nin A.Heydərov adına Respublika Hospitalında Anesteziologiya-əməliyyat şöbəsində həkim-anestezioloq vəzifəsində çalışır.
2012-ci ildə Türkiyyənin Antalya şəhərinin Akdeniz Tibb Universitetində anesteziologiya üzrə 2 aylıq təcrübə kursu keçmişdir.
Kərimova Güllü Məmməd qızı.
Tibb xidməti baş leytenantı, Azərbaycan Respublikası DİN-in A. Heydərov adına Respublika Hospitalının Ultrasəs, funksional diaqnostika və endoskopiya şöbəsinin rəisi.
2000-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakultəsini bitirmişdir.
2005-ci və 2011-ci illərdə Bakı şəhəri Həkimlər Təkmilləşdirmə İnstitutunda, 2013-cü ildə Türkiyə Cümhuriyyəti İzmir Ege Universitenin Tibb Fakultəsində ixtisasartırma kursları keçmişdir.
2002-2007-ci illərdə 3 saylı şəhər poliklinikasında həkim-kardioloq, 2007-ci ildə “İntermed” MMC-də, 2008-ci ildə “Modern Hospital”-da həkim-kardioloq və funksional diaqnostika həkimi (EKQ, EXO KQ, Tredmill-test, Holter monitoru), 2009-ildən DİN-in A. Heydərov adına Respublika Hospitalında Ultrasəs, funksional diaqnostika və endoskopiya şöbəsinin həkim ordinator, 2014-ci ildən həmin şöbəsinin rəisi vəzifəsində çalışır.
Azərbaycan Respublikası DİN-in A. Heydərov adına Respublika Hospitalının Ultrasəs, funksional diaqnostika və endoskopiya şöbəsinin ultrasəs müayinə həkimi.
2006-ci ildə Azərbaycan Tibb Universitetinin Tibbi-biologiya fakultəsini bitirmişdir. 2006-2007-ci ildə akademik M.Qasimov adına Respublika Xəstəxanasında internatura kursunu bitirmişdir.
2007-2009-cu illərdə Xocalı şəhər Mərkəzı Xəstəxanasında ultrasəs müayinə həkimi, 2009-ildən DİN-in A. Heydərov adına Respublika Hospitalında Ultrasəs, funksional diaqnostika və endoskopiya şöbəsində ultrasəs müayinə həkimi vəzifəsində çalışır.
2012- ci ildə Türkiyə Cümhuriyyəti Akdəniz Universitetinin tibb fakültəsi Radiologiya şöbəsində yuxarı və aşagı ətrafların doppleroqrafiyası, süd vəzilərinin ultrasəs müayinəsi və fetal doppleroqrafiya üzrə ixtisasartırma kursları keçmişdir.
Tibb xidməti polkovnik-leytenantı Həsənov Emin Ağalar oğlu.
Azərbaycan Respublikası DİN-nin A.Heydərov adına Respublika Hospitalın, Stomatologiya Şöbəsinin rəisi.
1996-cı ildə Azərbaycan Tibb Universitetinin Stomatoloqiya fakultəsini bitirmişdir.
1996-1997-ci illində Bakı şəhəri 2 saylı Stomatoloji Poliklinikada həkim-intern vəzifəsində çalışıb.
1997-ci ildən Azərbaycan Respublikası DİN-nin A.Heydərov adına Respublika Hospitalın Stomatoloqiya Şöbəsinin rəisi vəzifəsində çalışır.
2006-cı ildə Bakı şəhərində Cərrahi və Ortopedik İmplantoloji kursu, 2007-ci ildə Bakı şəhərində MİS-də İmplantoloqiya üzrə, 2008-ci ildə Türkiyə, Antaliya şəhərində Oral İmplantoloji, 2009-cu ildə Almaniya, Bremen şəhərində BEGO implantoloji üzrə kursları keçmişdir.
2007-ci ildə Bakıda keçirilən 2-ci Kaspian İmplantoloji konfransda məruzəci kimi iştrak etmişlir.
Azərbaycan Tibb Universitetin “Ağız və üz çənə cərrahiyyəsi” kafedrasının disertantıdır.
Əliyev Əli Sahib oğlu
2004-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirmişdir.
2004 - 2005-ci illərdə Azərbaycan Respublikası Əli Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitunda radiologiya ixtisası üzrə ixtisaslaşmışdır.
2005-ci ildə Mərkəzi Hərbi Klinik Hospitala daxil olmuş və Türkiyə Cumhuriyyəti Gülhanə Hərbi Tibb Akademiyasında radioloq üzrə ixtisaslaşmışdır.
2009-cü ildən AR DİN-nin Respublika Hospitalının həkim radioloq ixtisası üzrə ordinator vəzifəsində çalışır.
2009-cü ildə Türkiyə Cumhuriyyəti Ankara Medicana xəstəxanası və 2010-cu ildə isə İstanbul Memorial xəstəxanalarında radioloq ixtisası üzrə ixtisasartırma kurslarını keçmişdir.
Türkiyə və Avropa Radioloqlar Cəmiyyətinin həqiqi üzvüdür.
Quliyeva Aygün İbad qızı – həkim nevropatoloq
AR DİN-nin A.Heydərov adına Respublika Hospitalının Nevrologiya şöbəsinin rəisi.
Aygün Quliyeva 1992-ci ildə Azərbaycan Tibb Universitetini bitirərək,
1992-1996-cı illərdə Şuşa MRX-nın Poliklinikasında sahə həkimi işləmişdir.
1996-1997-ci illərdə DİN-in Tibb İdarəsində həkim-inspektor vəzifəsində işləmişdir.
1998-2009-cu illərdə AR DİN-in A.Heydərov adına Respublika Hospitalının Reabilitasiya şöbəsində həkim-nevropatoloq kimi fəaliyyət göstərir.
2009-cu ildən indiyədək Hospitalın Nevrologiya şöbəsində işləyir.
2014-cü ildən Nevrologiya şöbəsinn rəisi vəzifəsində çalışır.
Aygün Quliyeva AR Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnsitutunda Nevropatologiya ixtisası üzrə 1997-ci ildə 4 aylıq, 2004 və 2011-ci illərdə 2 aylıq, 2006-cı ildə 1 aylıq təkmilləşmə kursları keçmişdir. O, 2009-cu ilin avqust ayında Türkiyə Respublikasının İstanbul şəhərində “Memorial” xəstəxanasında Nevrologiya və Neyro-fiziologiya ixtisasları üzrə iş təcrübəsi keçmişdir.
Nevrologiya şöbəsinin baş ordinatoru Sultanova İnara Həbib qızı.
1986-cı ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakultəsinə daxil olmuşdur.
1992-ci ildə Tibb Universitetini bitirib, 5 N-li xəstəxanada bir illik kliniki internatura kursu keçmişdir.1994-cü ildən A.Heydərov adına Respublika hospitalında, əvvəlcə reabilitasiya şöbəsində,
2003-cü ildən hal-hazıra qədər nevroloqiya şöbəsində həkim-nevroloq kimi fəaliyyət göstərir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda 1994-cü-ildə 4 aylıq; 1997-ci ildə 4 aylıq;
2005-ci ildə 4 aylıq; 2011-ci ildə 3 aylıq nevrologiya üzrə; psixiatriya üzrə təkmilləşdirmə kurslarında olmuşdur.
Dəmirçiyev Xanlar Qurban oğlu –baş ordinator həkim-reanimatoloq
1996-cı ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib, reanimatoloq ixtisasına yiyələnmişdir.
1997-ci ildə DİN-nin 2 saylı poliklinikasında həkim-pediatr vəzifəsində çalışmışdır və həmin ilin ikinci yarısında DİN-nin Tibb İdarəsində inspektor vəzifəsində işləmişdir.
1998-ci ildən hal-hazıradək DİN-nin A. Heydərov adına Hospitalının Reanimasiya şöbəsində həkim-reanimatoloq vəzifəsində çalışır. İşlədiyi müddətdə dəfələrlə ixtisasartırma kurslarını keçmişdir. Bir çox beynəlxalq simpozium və konfranslarda iştirak etmişdir.
Məmmədova Rəşidə Neymət qızı – tibb xidməti kapitanı, Azərbaycan Respublikası DİN-in A.Heydərov adına Respublika Hospitalının Ultrasəs, funksional diaqnostika və endoskopiya şöbəsinin həkim-endoskopisti.
1998-ci ildə Azərbaycan Tibb Universitetinin Tibbi-profilaktika fakultəsini bitirmişdir. 1998-1999-ci ildə akademik M.Qasımov adına Respublika Xəstəxanasında internatura kursunu bitirmişdir.
2000-ci ildən DİN-in A. Heydərov adına Respublika Hospitalında Ultrasəs, funksional diaqnostika və endoskopiya şöbəsində həkim-endoskopist vəzifəsində çalışır.
2002-ci və 2006-ci illərdə Bakı şəhəri Həkimlər Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kursları keçmişdir.
Sadiqova Lalə Babək qızı – Azərbaycan Respublikası DİN-in A. Heydərov adına Respublika Hospitalının Ultrasəs, funksional diaqnostika və endoskopiya şöbəsinin həkim-endoskopisti.
2005-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakultəsini bitirmişdir. 2005-2006-ci ildə 5 saylı Kliniki Xəstəxanasında internatura kursunu bitirmişdir.
2006-2011-ci illərdə Ə.D.Məlikov adına 6 saylı BŞX, 2011-ildən DİN-in A. Heydərov adına Respublika Hospitalında Ultrasəs, funksional diaqnostika və endoskopiya şöbəsində həkim-endoskopist vəzifəsində çalışır.
2011-ci ildə Russiya Qastroenterolojı İnstitutunuda, 2012-ci ildə Almaniya Manhaym Tibb universitetində, 2013-cü ildə Avstriya “GRAZ” Tibb Universitetində ixtisasartırma kursları keçmişdir. Çoxsaylı elmi məqalələrin həmmüəllifidir.
Həsənova Almaz Şöhrət qızı.
1995-ci ildə Azərbaycan Tibb Universitetini bitirmişdir.
1995-1996-ci illərdə 6 saylı Üşaq xəstəxanasında internatura kursunu bitirmişdir.
1996-2003-cü ilə qədər 8 saylı şəhər poliklinikasında həkim-pediatr vəzifəsində, Azərbaycan Respublikası DİN-nin 1 saylı Poliklinikasında həkim-pediatr vəzifəsində fəaliyyət göstərmiş, 2009-cü ildən Azərbaycan Respublikası DİN-nin A.Heydərov adına Respublika Hospitalının, Qəbul Şöbəsinin baş ordinator-terapevti vəzifəsində çalışmışdır.
2015-ci ildən Endikrinologiya şöbəsinin rəisi vəzifəsində çalışır.
2009-cü ildə Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitunda terapiya ixtisası üzrə ixtisasartırma kursu keçmişdir.
Məmmədov Rəşad Nurəddin oğlu
1997-cı ildə Azərbaycan Tibb Universitetinin 2-ci Müalicə işi fakultəsini bitirmişdir.
1997-1999-cu illərdə Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının Klinik ordinaturanı bitirmişdir.
1999-2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasında baş laborant vəzifəsində çalışmışdır.
2001-2004-cü illərdə Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasında aspiranturanı bitirmişdir.
2005-ci Tibb elmləri namizədi disertasiyasını müdafiyə etmişdir, həmin ildən bu günə qədər Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasında assistent vəzifəsində çalışır.
2009-cu ildən Azərbaycan Respublikası DİN-nin A.Heydərov adına Respublika Hospitalın Urologiya şöbəsinin həkim konsultant vəzifəsində çalışır.
Dəfələrlə Avstriya, Almaniya, Türkiyə, Çexiya ölkələrinin ən qabaqçıl Klinikalarında təkmilləşdirilmə kurslarında, konfranslarında iştirak edib.
Yusifov Emil Dilavər oğlu
1995 ci ildə 291N-li Bakı Ekologiya Liseyinin məzunu olmuşdur.
1995-2002-ci illərdə Azərbaycan Tibb Universitetinin Mualicə-profilaktika fakültəsini bitirmişdir.
2001-2002 - ci illərdə Respublika Klinik Xəstəxanasının Oftalmologiya şöbəsində internatura keçmişdir.
2006-2012-ci illərdə Türkiyə Cumhuriyyətinin Ege Universiteti Tibb Fakültəsində Oftalmologiya üzrə rezidentura keçmişdir.
2003-2004-cü illərdə Mərkəzi Klinik Xəstəxanasında Həkim Oftalmoloq işləmişdir.
2012-2013- cü illərdə Türkiyə Cumhuriyyətinin EgeGöz Klinikasında çalışmışdır.
2013-2014-cü illərdə Türkiyə Cumhuriyyətinin Dünya Göz Klinikasında çalışmışdır.
2014-cü ildən DİN Tibb İdarəsinin Respublika Hospitalında Həkim Oftalmoloq Məsləhətçi kimi çalışır.
Peşəkar bacarığı
• Qlaukoma cərrahiyyəsi- Nonpenetran glaukoma cərrahiyyəsi, trabekulektomiya, implant cərrahiyyələri (express shunt, Ahmed valve)
• Ön seqment cərrahiyyəsi- Fako, Femtosaniyyə Fako, EKKE, Pterigium cərrahiyyəsi, Ön vitrektomiya, Dikişli İOL
• Medikal retina- Refraktiv cərrahiyyə (SMİLE, LASEK, İLASİK, İCL implantasiyası, korneal ring), Korneal Crosslinking
• FFA, OCT, bütün növ laser müdaxilələri , ROP müayinəsi, intraokular inyeksiyalar.
• Çəpgözlük cərrahiyyəsi-Düz və obliq əzələ cərrahiyyəsi.
Əlaqə telefonları +994503311008
1998 Azərbaycan Tibb Universitetinin müalicə - profilaktika fakültəsini bitirmişdir.
1998-1999 DIN-nin A.Heydərov adına Respublika Hospitalında həkim-interna, / internatura
İş təcrübəsi illəri Müəssisəsin adı
1999-2008 DIN-nin A.Heydərov adına Respublika Hospitalında ordinator-uroloq / ordinator
2008-2009 DIN-nin A.Heydərov adına Respublika Hospitalında Uronefrologiya şöbəsinin baş ordinator-uroloq
vəzifəsində / ordinator
2009 DIN-nin A.Heydərov adına Respublika Hospitalında Uronefrologiya şöbəsinin şöbə rəisi vəzifəsində / Şöbə rəisi
2017 DIN-nin A.Heydərov adına Respublika Hospitalında Uronefrologiya şöbəsinin Məsləhətçi uroloq / Məsləhətçi uroloq
Baki şəhəri, Ziya Bünyadov prospekti 36. İndeks: AZ1069
E-poçt: hospital@mia.gov.az